ArxivXəbər lentiXəbərlər

Qızılhacılı İmam Həsən (ə) Məscidində Əyyami-Fatimiyyə məclisi qeyd edildi.(Foto)

Dünən (10.03.2016) Marneuli Qızılhacılı İmam Həsən (ə) Məscidində Əyyami-Fatimiyyə günlərilə əlaqədar əza məclisi quruldu.

Məclisin aparıcısı Ceyhun Əliyev iştirakçıları salamlayaraq Əhli-Beyt (ə) qəmli günləri münasibətilə hər kəsə təsliyyət ərz etdikdən sonra Quran qiraəti üçün Fuad İsayevi dəvət etdi.

Daha sonra axund və İlahiyyatçı Hacı Qurban qonaqları salamlayaraq hər birinə bu müsibətli günlərlə bağlı təsliyyət söylədi.

Məclisin davamında Azərbaycandan təşrif gətirmiş qonağımız Hacı Seyyid Mirtaleh Nağıyev Əhli-Beytin, (ə) məxsusən xanım Fatimeyi Zəhranın (s.ə) üstünlüklərindən və məzlumiyyətindən danışdı. Sonda xanım Fatimə (s.ə) haqqında zikri müsibət söyləyərək, rozə oxumaq üçün sözü Azərbaycanlı Əhli-Beyt (ə) məddahı Seyyid Rəhman Həsənzadəyə verdi. Möhtərəm məddah rozə və nohələrindən sonra bir neçə xeyr dualarla çıxışını sona çatdırdı.

Məclis ehsan süfrəsindən sonra başa çatdı.
Allah əməyi keçənlərdən qəbul etsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button