ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İsrailin Bəhreyndə səfirlik açması islam dünyası üçün matəm günü deməkdir – Ayətullah Nuri Həmədani

“Benyamin Netanyahunun Bəhreynə səfəri və bu ölkədə səfirlik açması islam dünyasında yas günü deməkdir… Bunun qarşısında sükut etmək və buna laqeyd yanaşmaq olmaz.”

Qafqaz.ir  noorihamedani.ir-ə istinadla xəbər verir ki, bunu müsəlman dünyasının tanınmış müctəhidi Ayətullah Nuri Həmədani deyib.

Son zamanlarda bır sıra ərəb dövlətlərinin İsraillə əlaqələri rəsmiləşdirməsinə, İsrailin Bəhreyndə səfirliyini açmağı planlaşdırmasına münasibət bildirən müctəhid qeyd edib ki, müsəlman dünyası və Bəhreyn alimləri bu məsələdə mübarizələrini dayandırmamalıdırlar.

İsrailin Bəhreyndə səfirlik açacağı günü islam dünyası üçün yas günü kimi qiymətləndirən Ayətullah Nuri Həmədani müsəlman və Bəhreyn alimlərinə çağırış edərək, deyib:

“İslamda coğrafı sərhəd meyar yoxdur və Bəhreynin alimləri cihad etmək və şəhadətlə öz mübarizələrini davam etdirməlidirlər. Bu yolda sakit durmaq və laqeyd olmaq icazəli deyil.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button