ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Murtaza Bank: “İranın ixracının təmin olunmasında Azərbaycanın önəmli rolu var”

“İranın ixracının və ehtiyaclarının təmin olunmasında Azərbaycanın önəmli rolu var”.

Bunu APA-nın Tehran bürosuna İran Prezidentinin müşaviri və İranın Xüsusi İqtisadi, Azad Ticarət və Sənaye zonaları təşkilatının Ali Şurasının sədri Murtaza Bank deyib.

O bildirib ki, İran və Azərbaycanın ortaq mədəniyyət və tarixi var: “Hər iki ölkə arasında mədəni və ictimai sahələrdə güclü əlaqələr mövcuddur. Keçmiş Sovet İttifaqı dağıldıqdan sonra İran Azərbaycanın müstəqilliyini dəstəklədi. Azərbaycan müxtəlif problemlərə baxmayaraq, inkişaf etdi və bu gün Azərbaycan İran və digər ölkələrlə geniş iqtisadi və siyasi münasibətlər qurub. Azərbaycan hər gün inkişaf edir”.

M. Bank onu da bildirib ki, İran üçün Azərbaycan dini və tarixi oxşarlıqlara görə çox önəmli bir ölkədir: “Bu gün Azərbaycan İranın bir çox önəmli layihələrində yer alır. O cümlədən Şimal-Cənub dəhlizi çərçivəsində icra edilən dəmiryol layihəsində Azərbaycan da iştirak edir. Azərbaycanın bu layihədə təsiredici rolu var”.

İran Prezidentinin müşaviri Şimal-Cənub dəhlizinin əhəmiyyətindən və bu dəhlizin Azərbaycan və İran iqtisadiyyatına təsirindən danışıb və qeyd edib ki, bu dəmir yolu Çabahardan Azərbaycana və Kaspian limanına birləşir.

İranın dövlət rəsmisi onu da qeyd edib ki, sözügedən yol təhlükəsiz və sabit bir yoldur. Bu dəmir yolu ilə yüklərin daşınma xərci azalır və iki ölkə arasında ticarət mübadiləsi artır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button