ArxivXəbər lentiXəbərlər

Səudiyyə Azərbaycana axın edən turistlərin qarşısını bu yolla kəsmək istəyir – VİDEO

Şəriət qaydaları ilə idarə olunan Səudiyyə Ərəbistanı daha çox pul qazanmaq və ölkədən xaricə axın edən turistlərin qarşısını almaq üçün yeni yaradacağı istirahət bölgəsində İslam dininin bəzi qaydalarından imtina edəcək.

Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, yeni yaradılacaq «Vizyon 2030» adlı istirahət bölgəsində geyim qaydaları ilə bağlı qadağa olmayacaq.

Qırmızı dənizin sahilində yaradılacaq 50 adaya turistlər vizasız səfər edə biləcəklər. Yeni yaradılacaq adalara özünü idarə hüququ veriləcək. Səudiyyə vəliəhdi Şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi altında yaradılan «Vizyon 2030» adalarının uzunluğu 200 km olacaq.

Belə bir qərarın verilməsinə isə neft qiymətlərinin düşməsi səbəb olub. Səudiyyə hökuməti iqtisadiyyatın neftdən aslılığını azaltmaq üçün xarici və yerli turistlərə sərbəst, heç bir geyim qadağasının tətbiq edilmədiyi istirahət təklif edəcək.

b_550_325_16777215_00_images_xeber_sekilleri_25iyul2017_-----------------.jpg

Burada əsas maraq müsəlman olmayan turistlərin ölkəyə gətirilməsidir. Adalarda tikiləcək otellərdə lüks xidmət göstəriləcək.

Layihənin tikintisi 3 il davam edəcək. Adalar istifadəyə verildikdən sonra ölkə iqtisadiyyatına il ərzində 4 milyard dollar gəlir gətirə bilər. «Vizyon 2030» da 35 min insan eyni anda istirahət edə biləcək. Layihənin birinci mərhələsi 2019-cu ilə qədər yekunlaşacaq. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında spirtli içki, kinoteatrlar, qadınlara başı açıq gəzmək və açıq-saçıq geyinmək qadağandır. Həmçinin ölkədə qadınlara avtomobil idarə etməyə icazə verilmir. Bu səbəbdən sərbəst istirahət etmək istəyən ərəb turistlər öz vətənlərində deyil, digər ölkələrdə dincəlməyə üstünlük verirlər. Son dövrlər Azərbaycana da minlərlə ərəb turist səfər edir. Onların sayı günbəgün artır.

Səudiyyə hökumətinin həyata keçirdiyi bu layihədə viza rejiminin tətbiq edilməməsi xarici ölkələrdə istirahət edən ərəblərin sayını kəskin azalda bilər. Çox ehtimal ki, bu azalma həm Səudiyyə Ərəbistanının özündə, həm də regionda yerləşən digər ərəb ölkələrində hiss olunacaq. Məsələn, bu layihə fəaliyyətə başladıqdan sonra Küveytdən və ya Birləşmiş Ərəb Əmirliyindən olan turist sərbəst şəkildə istirahət etmək üçün minlərlə kilometr uzaqlıqdan Azərbaycana səfər etmək əvəzinə, bir neçə saatlıq məsafədə yerləşən “Vizyon 2030” adalarına üz tutacaq. Ona görə də, Azərbaycanda xidmət və qiymətlər turistlər üçün həmişə cəlbedici olmalıdır ki, turist axını azalmasın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button