ArxivXəbər lentiXəbərlər

Avropa İttifaqı Ermənistanın siyasi məhbuslarını terrorçu kimi tanıyır

Avropa Birliyi Ermənistanın “Sasna tsrer” silahlı qruplaşmasını terrorçu dəstə kimi tanıyır. FaktXəbər bildirir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazıb.
Qəzetin yazdığına əsasən, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələri üzrə Departamentinin rəhbəri Dirk Şubel və qurumun nümayəndəliyinin başçısı Pyotr Svitalsk Yerevanda Ermənistan Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüş keçirib. Avropa rəsmilər görüş zamanı Ermənistana siyasi məhbusların siyahısını təqdim edib. Siyahıda “Sasn Tsrer” qruplaşmasının yalnız bir üzvünün adı olub. Digərləri isə terrorçu qruplaşma üzvü sayıldığı üçün siyahıya salınmayıb.
Qeyd edək ki, “Sasna tsrer” qruplaşması 2016-cı il iyulun 17-də Yerevanda Post-Patrul Xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürüb. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da olub

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button