ArxivXəbər lentiXəbərlər

Qusarda etiraz aksiyası keçirildi – Foto

Qusar İH rəsmisi məsələnin qurumun nəzarətində olduğunu, problemin hər iki tərəfin iştirakı ilə həll ediləcəyini dedi.

Qusarda yerli sürücülərin iştirakı ilə şəhər avtovağzalında aksiya keçirilib. Anspress-in məlumatına görə, aksiyaya qatılanlar arasında avtobus, mikroavtobus və taksi sürücüləri olub. Onların sözlərinə görə, etirazlarına səbəb  Nəqliyyat Departamentinin əməkdaşlarının davranışıdır. Etirazçılar onlardan  əsassız olaraq pul tələb edildiyini deyirlər.
Sürücülər deyir ki, departament qeyri-qanuni olaraq onlardan pul tələb edir, çünki, onlara heç bir sənəd təqdim olunmur, pulun nə üçün alındığı izah edilmir. Bildirirlər ki, departamentə həmişə pul ödəyiblər, indi yeni qurum olması barədə onlarda məlumat yoxdur.
Sürücü İsgəndər Muradov deyir ki, gün ərzində qazandığı vəsait ilə  departament əməkdaşlarının tələb etdiyi pulu ödəyə bilmir: “Yolları qazıb töküblər, orda gündə 8-10 manat pul qazana bilirik, departament də gəlib pul istəyir! O pulu hardan verək?”
Aksiyanın keçirildiyi əraziyə Qusar İcra hakimiyyətinin (İH) başçısının 1-ci müavini Şahid Fərəməzov da gəlib. O sürücülərlə söhbət edərək mövqeyini açıqlayıb. Bildirdi ki, sürücülər də, Nəqliyyat xidməti də məsələni qanun çərçivəsində həll etməlidirlər. “Bizim də onların qarşısında qoyduğumuz məsələ ondan ibarət olub ki, yəni bu vətəndaş öz şəxsi nəqliyyat vasitəsində nəqliyyat xidməti göstərirsə, hansı vəsaitlər ödənilməlidi, hansı hesaba ödənməlidir. Konkret olaraq həmin hesabları bizə təqdim edə bilmədilər, dedilər ki, sonra gətirərik, gətirmədilər.
Qusar İH rəsmisi məsələnin qurumun nəzarətində olduğunu,  problemin hər iki tərəfin iştirakı ilə həll ediləcəyini dedi.
Nəqliyyat departamentinə ünvanlanan ittihamlara  Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı (DANX) Xidmətinin Quba regional şöbəsinin rəis əvəzi Ərəstun Məmmədsalahov münasibət bildirib.
O , sürücülərə bu barədə xəbərdarlıq  etdiklərini, onlardan rüsumu prezidentin 15 fevral tarixli sərəncamına əsasən DANX rəisi Elnur Abdullayevin 15 mart tarixli əmri ilə təsdiq edilmiş qaydalara uyğun tələb edildiyini bildirib: “Əmr hamısı burdadı, sərəncam da burdadı, sürücülərə bu barədə deyilib, heç kim də artıq pul istəmir, istənilmir”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button