Aktual

AİP Qüds və Qarabağ eyni dərddə» mövzusunda tədbir keçirib

Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının və Əsgər Analarına Dəstək İctimai Birliyinin sədri Növrəstə İbrahimova «İnsan haqları – Qüds və Qarabağ eyni dərddə» mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan N.İbrahimova Ramazan ayının son cüməsi qeyd olunan Qüds günündan danışıb: «Bu günü qeyd eləmək, tutduğumuz orucu təkmilləşdirməkdir. Həmçinin Qarabağın işğalı Qüdsün işğalının davamıdır. Torpaqları yırtıcının əlindən nümayişlə almaq olmaz. Hər kəs bilir ki, müəyyən bir mətləbin yerinə yetməsi üçün qurban lazımdır. Vətən dərdinə isə yetişdirdiyi insanın qanı lazımdır. Vətən anadır, ana namusdur, namusu əldən vermək isə… Hər halda ölüm ondan yaxşıdır».

Xanım İbrahimova insanların oyanışı uğrunda canlarından keçənləri də xatırlatdı: «Bizim bu yolda şəhidlərimiz də var. Sonuncusu isə, ili bu yaxınlarda çıxan şəhid Hacı Vaqifdir. Allah onu rəhmət dəryasında çox istədiyi İmam Hüseynə qovuşdursun. Yolumuz bağlı idi. O isə canını qoydu, bizə yol açdı. Bizlər də bu yolda davam etməliyik».

Növrəstə xanım, bütün bunlara baxmayaraq insanların laqeyidlik girdabına yuvarlanmalarından təəssüfləndiyini bildirdi: «Bizim vəzifəmiz namaz qılmaq, Ramazan ayında və bəzi müstəhəb günlərdə oruc tutmaqla kifayətlənmir. Bütün bunlardan əlavə zalimlərin, kafirlərin qarşısında qorxmadan, çəkinmədən öz sözümüzü deməli, münafiqə baş əyməməliyik. Lakin çox təəssüflər ki, bəzən düşmənimizi tanıdığımız halda, hələ ən böyük daşı özümüzə atırıq. Vəzifəmizin, işimizin, pulumuzun, ailəmizin və daha nələrinsə xatirinə lənət oxunası insanlara lənət, rəhmət oxunması insanlara isə rəhmət oxumağa dilimiz gəlmir. İyulun 29-da Qəbələ şəhərində festival konsert keçirildi. Hansı müsəlman ölkəsində Ramazan ayında, özü də mövlamız Həzrət Əlinin (ə) şəhadət günündə konsert verildiyini görmüsünüz? Əgər siz Allaha, Peyğəmbərə, İmama inanmırsınızsa, onda gedin ingilis Corc Cordaqın kitabını oxuyun. O xaçpərəst İmamın məqamını tanıdı, kitabını ona həsr etdi, biz isə konsertlər veririk. Özü də yəhudilərin təşklatçılığı ilə.

İki-üç günə Ramazanın vida duasını oxuyacağıq. Bəs biz bu ayın mahiyyətini başa düşmüşükmü? Oruc tutmaq, ac-susuz qaldığımız üçün də günortadan sonra əsəbi olmaqla iş bitirmi? Alimlər var ki, Ramazan ayının axırıncı günləri zar-zar ağlayırlar. Deyirlər ki, rəhmət, məğfirət, fürsət ayı qurtardı. Bəs bizlər bu müddətdə neylədik, Allaha xatir bir iş görə bildikmi? Evində çörək olmayanın, xəstəsi olanın fikrini çəkə bildikmi? Ölkənin çamur içində olduğunu düşündükmü bu gecələrin içində, yoxsa dedik ki, ağrımayan başıma niyə dəsmal bağlayıram? İnsanlığımız, mənəviyyatımız əlimizdən alınıb. Bu ağır dərddir».

Bundan sonra çıxış edən Fatimə Səlimova Qüds gününün mahiyyətinə toxunaraq, Ramazan ayının son cüməsini qeyd etməklə, təkcə fələstinlilərə deyil, bütün dünya müsəlmanlarına zülm verənlərə qarşı etiraz günü olduğunu dedi: «Bu gün haqqımız tapdalanır. Dinimizə, hicabımıza təcavüz olunur, qeyrətli oğlanlarımız şərlənərək zindanlara salınır. Ona görə də susmamalıyıq, «məndən ötdü qardaşıma dəydi» deməməliyik. Mənəvi dəstəyə ehtiyacı olan məhbus ailələrinə baş çəkməli, onlarla maraqlanmalıyıq, dərdlərinə şərik olmalıyıq».(faktxeber)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button