ArxivXəbər lentiXəbərlər

“Diqlas”dakı sahibkarlara ödənilən yardımın məbləği açıqlandı

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi Qaydası”nı təsdiqləyib.
Bu barədə Hüquqi Aktların Dövlət Reyestrinə istinadən xəbər verilir.
Qaydaya əsasən, iş adamlarına maddi yarım nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən, plastik kartla ödəniləcək. Ticarət mərkəzində mağaza və anbar icarəyə götürmüş sahibkarlar 10 min manat, piştaxta və digər sahələr icarəyə götürmüş sahibkarlar isə 2 min manat yardım alacaqlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button