ArxivIslamXəbər lentiXəbərlər

İnqilab Rəhbəri: Əsas məsələ, selin törətdiyi dağıntıların bərpasıdır

İslam İnqilabının Böyük Rəhbəri belə qeyd ediblər: Məsul şəxslərə vurğulamışam ki, əsas işlər, seldən irəli gələn dağıntıların bərpası, xəsarət və ziyanların təmin olunmasıdır.
Məbəs bayramının mübarək ildönümü günündə Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər quruluşun məsul şəxsləri, islami ölkələrin səfirləri və xalqın müxtəlif təbəqələrindən olan bir qrup insanla görüşdə ölkənin bəzi vilayətlərində baş vermiş sel hadisəsinə işarə edərək, əlavə ediblər: Bu hadisədə xalqın səyi və onun arasında həmrəylik və səfərbərolma əhval-ruhiyyəsi çox yaxşı idi və İran xalqı canla-başla meydana girdi və məsul şəxslərin işinə kömək oldu. Məsul şəxslər də elə bu xalq dayağı və söz birliyi ilə ibtidai addımları ata bildilər.
Həzrət Ayətullahuluzma Xamenei sonra məbəs mövzusuna toxunaraq, müxtəlif cəmiyyətlərdə peyğəmbələrin zühur etmələrini “tövhid və bəndəlik” və “tağutdan çəkinmə” istiqamətlənmələrilə böyük bir hərəkət və təkan adlandıraraq, vurğulayıblar: Tağut əslində tövhidin hərəkəti qarşısında duran xətt və cərəyandır ki, onun bugünkü bariz nümunəsi, Amerikada və bəzi digər ölkələrdəki prezidentlərdir.
İslam İnqilabının Böyük Rəhbəri belə qeyd ediblər: Sionist rejimin ardıcıl illər boyu olmuş təcavüzkarlıqları tağutun militarizmlərinin bariz nümunəsi; fələstinli mübarizlərin və Livan Hizbullahının mübarizələri, həmçinin İran xalqının səkkizillik müdafiəsi isə Allah yolunda cihadın bariz nümunəsidir.
Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar ki, İran İslam İnqilabı İslam Peyğəmbəri(s.ə.s)-in besətinin davamıdır. O  həzrət əlavə ediblər: İran İslam Respublikası quruluşu ilə düşmənçiliyin səbəbi, elə həmin tağut cəbhəsinin tövhid cəbhəsi ilə düşmənçilik xəttidir və o ki, deyirlər; düşmən yaratmayın, qeyri-düzgün bir sözdür, zira tağut cəbhəsi, tövhidi bir hərəkətiin prinsipi və mahiyyəti ilə müxalifdir və Amerika və onun ali-səud kimi nökərləri tövhid yolunda hərəkətdən əl çəkməkdən azı ilə razı olmazlar.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Əgər İran xalqı indiyə kimi hərəkət etdiyi kimi, öz yolunu davam etdirərsə, mütləq düşmənlərə, yəni Amerikaya və onların əlaltılarına qalib gələcək və zəfər çalacaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button