Arxiv

Amerikanın media yalanları

Untitled-1475585

 10 müharibə üçün 10 böyük yalan

Amerika törətdiyi müharibələrə don geyindirmək üçün hər dəfə media yalanlarına əl atır.

Mişel Kulon may ayının 17-si kiçik bir məqalədə Amerikanın dünyanın müxtəlif nöqtələrində müharibə yaratmaq üçün əl atdığı on media yalanına işarə edib. Hazırkı şəraitdə bu məsələyə diqqət bizim üçün zəruridir.
Mişel Kulon belçikalı jurnalist, yazıçı və kinorejissordur. O solçu radikallardandır. O Balkan və İraq müharibələrində müharibə məntəqəsinə nəzarətçilərin göndərilməsini təşkil edənlərdəndir. Kulon həmçinin Axis for Peace kimi məşhur hərəkatın üzvüdür. Bu hərəkat böyük fransalı araşdırmaçı, yazıçı, jurnalist Thierry Meyssanın səyləri ilə Amerikanın təcavüzkar siyasətinə qarşı çalışmaq məqsədi ilə yaradılıb. O fransızca yazır. Onun müxtəlif dillərə tərcümə olunmuş əsərləri arasında aşağıdakılara işarə etmək olar:
-Kütlənin düşüncəsini ələ keçirməklə mübarizə üçün əməli tövsiyə
-Yuqaslaviya və gələcək müharibələr
-Nato bütün dünyanı işğal etməkdədir
-Müharibələr yaradan iqtisadi qanunlar
-Qlobal müharibə başlayıb
Kulon bu məqalədə izah edir ki, media əsrində hər bir müharibənin başlamamasından öncə kütlənin zehnini hazırlamaq üçün media yalanlarından istifadə olunur.
Amerika yaratdığı müharibələri düzgün və qanuni bir iş kimi göstərmək üçün media yalanlarına əl atır. Bu yalanlar sonradan onun rüsvay olması ilə nəticələnir. Mişel Kulon belə media yalanlarından 10-nu nümunə üçün xülasə şəkildə qeyd edir:
1. Vetnam, 1964-1975
Media yalanları:
“Avqust ayının 2-si və 3-ü Şimali Vetnam hərbiçiləri körfəzdəki Amerika gəmilərinə hücum etdilər.”
Sonradan məlum olanlar:
Heç zaman belə bir hücum olmayıb. Bütün deyilənləri Ağ ev özündən qondarıbmış.
Əsas hədəf:
Vetnamın müstəqilliyinə mane olmaq. Amerikanın məntəqədə hökmranlığını gerçəkləşdirmək.
İşin nəticəsi:
Milyonlarla qurban. Amerikanın istifadə etdiyi kimyəvi silahlar nəticəsində gələcək nəsillərdə naqis, yarımçıq uşaqların dünyaya gəlməsi, ağır ictimai problemlər.
2. 1983-cü il, Qrenada
Media yalanı:
“Karayib adasında Sovet İttifaqının hərbi bazası yaradılıb. Bu Amerika həkimlərinin həyatı üçün təhlükədir.”
Sonradan məlum olanlar:
Bu tamamı ilə yalandır. Bu yalanı başdan başa prezident Reyqan özündən qondarıbmış.
Əsas məqsəd:
Ölkə baş nazirinin ictimai və demokratik reformlarına mane olmaq.
İşin nəticəsi:
Vəhşilik, ölkənin yenidən Vaşinqtonun çənginə düşməsi.
3.1989-cu il, Panama
Media yalanı:
“Panamanın başçısı Norieqanı həbsə almaq zəruridir. Çünki o narkotik maddələrin qaçaqçılığı ilə məşğul olur.”
Sonradan məlum olanlar:
CİA-nın öz yetişdirdiyi şəxs olan Norieqa Panama kanalına aid müqavilə tarixi başa çatdıqda, kanalın Panama hökmranlığı altında olmasını istədi. Lakin SİA üçün bu dözülməz idi.
Əsas məqsəd:
Amerikanın bu strateji məntəqəyə nəzarət edə bilməsi.
Nəticə:
Amerika məntəqəni bombaladı, 2 mindən 4 minədək adi vətəndaş qətlə yetirildi. Lakin media bu barədə heç bir söz demədi.
4. İraq, 1991
Media yalanı:
“İraqlılar bir doğum evindən uşaqların saxlanması üçün lazım olan xüsusi aparaturanı oğurlayıblar.”
Sonradan məlum olanlar:
Küveyt əmiri bu yalanı qondarmaq üçün məşhur Hill & Knowlton media şirkətinə pul ödəyibmiş.
Əsas məqsəd:
İsraillə mübarizəyə mane olmaq. Orta şərqin Amerikadan ehtiyacsız, azad olmasının qarşısını almaq.
Nəticə:
Müharibədə saysız insanların öldürülməsi. Uzun illər sanksiyaların tətbiq olunması. Hətta dərmana tətbiq olunan sanksiyalar.
5. 1993, Somali
Media yalanı:
Cənab Bernard Kuşner özünü humanist müdaxilə qəhrəmanı kimi dünya kino səhnəsində nümayiş etdirir.
Sonradan məlum olanlar:
Dörd Amerika müəssisəsi Somalidə neft mənbələri olan torpaqların dörddə birini alıblar.
Əsas məqsəd:
Hərbi baxımdan strateji mövqeyə malik ölkəni nəzarət altına almaq.
Nəticə: Amerika öz hədəfinə çata bilmədi. Lakin məntəqədə uzun zaman davam edən qarşıdurmalara səbəb oldu.
6. Bosniya, 1992-1995
Media yalanı:
Ruder Finn adlı Amerika media şirkəti və Bernard Kuşner serbilərin ölüm düşərgəsi saldıqlarını nümayiş etdirməyə çalışırlar.
Sonradan məlum olanlar:
Amerika şirkəti və Bernard Kuşner yalan deyirdi. Onların söz açdığı düşərgə əsirlərin dəyişdirilməsi üçün olan məhbuslar düşərgəsi idi. Bosniyanın prezidenti bu məsələni təsdiqlədi.
Əsas məqsəd:
Amerikaya görə həddindən çox solçu olan Yuqaslaviya hakimi dağılmalı idi. Onun ictimai quruluşu məhv edilməli idi. Məntəqə çoxmillətli şirkətlərin nüfuzu altında olmalıydı. Danub və Balkanın strateji yolları nəzarətə götürülməli idi.
Nəticə:
Millətlər (müsəlmanlar, serblər, xorvatlar…) arasında vəhşiliklər, müharibələr 4 il davam etdi. Berlin tərəfindən millətlər qızışdırılır və Vaşinqton bu alovu şölələndirirdi.
7. 1991, Yuqaslaviya
Media yalanı:
“Serblər Kosova albanlarını soyqırım ediblər.”
Sonradan məlum olanlar:
Nato bu yalanı özündən qondarıbmış. Və bunu natonun rəsmi sözçüsü təsdiqlədi.
Əsas məqsəd:
Natonun Balkana hökmranlıq edə bilməsinə çalışmaq. Natonu dünyanın jandarması etmək. Kosovada Amerikanın hərbi düşərgəsini yaratmaq.
Nəticə:
Natonun bombardımanları nəticəsində 2 min insanın ölməsi. Kosovada natonun himayəsi ilə Kosova Azadlıq Ordusunun soyqırım etməsi.
8. Əfqanıstan, 2001
Media yalanları:
“Buş 11 sentyabrın intiqamını almaq istəyir, o Benladeni həbs etməyə çalışır.”
Sonradan məlum olanlar:
Əfqanıstanda 11 sentyabr hadisəsini törədən şəbəkədən kiçik nişanə belə görünmədi. Hər halda Taliban Benladeni təhvil verməyə hazır olduğunu bildirmişdi.
Əsas məqsəd:
Asiyanın strateji mərkəzi nəzarətə götürülməli idi.
Cənubi Asiyanın strateji qaynaqlarını nəzarət altına almaq üçün yeni bir xət çəkilməli idi.
İşin nəticəsi:
Əfqanıstanın uzun müddət işğal altında qalması. Narkotik maddələrin daha çox istehsal olunması və narkotik maddələrin qaçaqcılığının artması.
9. İraq, 2003
Media yalanları:
Səddam təhlükəli kütləvi qırğın silahlarına malikdir. Bunu Kalin Pavel dedi.
Sonradan məlum olanlar:
Ağ ev öz orqanlarına göstəriş vermişdi ki, məlumatları dəyişdirsinlər. Yaxud özlərindən yalan məlumatlar hazırlasınlar.
Əsas məqsəd:
İraqın bütün nefti Amerikanın ixtiyarında olmalı idi ki, o Avropa, Yaponya, Çin və digər rəqiblərindən qabaqda ola bilsin.
Nəticə: İraq xalqı geriliyə, zülmətə qərq oldu.
10. Venezuela-Ekvador, 2008
Media yalanı:
Çavez terorizmi dəstəkləyir. Silah daxil edir. Diktatordur.
Çavez öz xalqını oda aparır. Çavez yəhudilərə qarşıdır. Çavez militaristdir…
Əsas hədəf:
Çoxmillətli Amerika şirkətləri Latın Amerikasının neftinə və digər sərvətlərinə nəzarət etmək istəyir. Amerika Latın Amerikasındakı demokratik və azadlıq uğrunda olan ictimai dəyişikliklərdən qorxur, buna mane olmaq istəyir.
Nəticə:
Vaşinqton Latın Amerikasına qarşı qlobal müharibə ilə məşğuldur: Çevrilişlər, iqtisadi korlantılar, şantajlar. Təbii sərvət qaynaqlarının yaxınlığında hərbi düşərgələrin çoxaldılması…
Xülasə
Hər bir müharibədən öncə media yalanları ilə müharibə üçün zəmin yaradırlar. Müharibələrin qarşısını almağın yeganə yolu media yalanlarını daha tez və daha geniş şəkildə aşkar etməkdir.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button