Xəbərlər

Azərbaycandakı intiharlar xarici KİV-lərdə

Bakıda yanan insanlar postsovet məkanında etirazların təkcə Ukrayna ilə məhdudlaşmadığını göstərir.

Ukraynanılar küçələrə çıxıb dəyişiklik istədiyi vaxtda sovet imperiyasının digər keçmiş vilayətlərinin birində dəhşətli etiraz aksiyaları baş verir. “Bloomberg” nəşrinin yazdığına görə, Kiyevdə nümayişçilər öz qəzəblərini təkər yandırmaqla ifadə etdikləri bir vaxtda Azərbaycanda insanlar özlərini yandırır. “İlk özünü yandırma hadisəsi təxminən iki həftə əvvəl baş verdi, onun ardınca azı səkkiz belə hal olub”, – deyə məqalə müəllifi qeyd edir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, “bu, Azərbaycanda dövlət korrupsiyasına qarşı yeni və qeyri-ənənəvi etiraz metodudur. Getdikcə daha çox insan hökumət binaları qarşısında özünə bu yolla qəsd edir”.
“Özlərini yandıranlar arasında 44 yaşlı qismən iflic Nizami Kərimov da var. Əlilliyə görə aldığı 60 dollarla ailəsini dolandırmaq imkanında olmayan Kərimovun sözlərinə görə, o, almalı olduğu 100 manata (128 dollara) görə müraciət edib, əvəzində ondan rüşvət istəyiblər”,- deyə nəşr yazır.
Kərimov rüşvət verməkdən imtina edib, bu da dörd aylıq bürokratik süründürməçiliyə gətirib çıxardı. Yanvarın 27-də isə Kərimov sosial təminat müəssisəsinə gədib üstünə benzin töküb yandırmaqla buna son qoyub.
“Mən 50 manata yaşaya bilmirəm”,- deyir Kərimov.
Nəşrin yazdığına görə, azərbaycanlıların özlərini yandırması indiki məqamda etiraz aksiyası, yaxud inqilabdan daha çox ümidsizlik aktıdır.
“Korrupsiya ”cəmiyyətin xəstəliyidir” deyən prezident İlham Əliyev bunun kökünü kəsməyi söz verir”,- deyə məqalədə vurğulanır. Ötən il Əliyev ictimai xidmətləri moderlənşdirmək və onların fəaliyyətini daha şəffaf etmək üçün “ASAN” agentliyini yaratdı.
“Ötən həftə mənzil almaq istəyən, lakin imtina ilə üzləşən evsiz veteran Sumqayıt şəhər icra hakimiyyəti qarşısında özünü yandırmağa cəhd edib. Onu benzin buxarından zəhərlənmə ilə xəstəxanaya yerləşdiriblər. Hökumətdən əlavə 128 dollar istəyən Kərimova gəldikdə, onun vəziyyəti o qədər də yaxşı deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəyan edib ki, qurumun heç bir əməkdaşı rüşvət istəməyib və ona əlavə pul düşmür. Nazirliyin rəsmisi Elman Babayev bildirib ki, Kərimovun maşını olduğuna görə ona ünvanlı sosial yardım verilə bilməz. Hökumət isə özünü yandırmalarla siyasət arasında əlaqəni kiçiltməyə çalışır”,- deyə məqalədə qeyd olunur./Cenubnews.com/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button