ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Xəzər dənizində xarici dövlətlərin hərbi qüvvələrinin mövcudluğunu qadağandır

Moskvada rəsmi səfərdə olan İranın xarici işlər naziri İran və Rusiyanın regional məsələlər barədə eyni baxışa malik olduqlarını deyib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdiyi müştərək mətbuat konfransında pandemiya ilə əlaqədar ticarət fəaliyyətlərində yaranmış məhdudiyyətlərlə bağlı  deyib: Artıq İranda əhalinin 70 faizi peyvənd olunub və buna görə ticari səfərlərə məhdudiyyət üçün səbəb yoxdur.

Əmir Abdullahiyan Fələstin barədə isə deyib: İran İslam Respublikasının Fələstin barədə mövqeyi tam bəllidir və biz İsrailin hərəkətlərinə dözməyəcəyik.

Əmir Abdullahiyan Suriya məsələsində də Rusiya ilə mövqelərin üst-üstə düşdüyünü deyib və bu məsələnin siyasi həllinə təkid edib.

İİR XİN başçısı “Xeybər Fatehləri” hərbi təlimlərinə toxunaraq deyib: Azərbaycan Respublikası bəzi xarici ölkələrlə 6 hərbi təlim keçirib amma İran sadəcə bir təlim keçirmişdir.

Əmir Abdullahiyan İranın İsrailin Qafqazdakı fəaliyyətindən ciddi şəkildə nigaran olduğunu və regionun xəritəsinin dəyişməsinə dözməyəcəyini deyib.

Rusiya xarici işlər naziri Sergey Lavrov da iranlı həmkarı Hüseyn Əmir Abdullahianla apardığı danışıqların yekunlarına dair birgə mətbuat konfransında iranlı jurnalistin Azərbaycanın Xəzər dənizində Türkiyə ilə birlikdə hərbi təlimlər keçirməsi  və.Azərbaycan-Türkiyə-Pakistan təlimləri ilə bağlı sualına cavabında bildirib: “Rusiya regionda hərbi fəallığın artırılmasının əleyhinədir”.

Rusiya XİN başçısı xatırladıb ki, Xəzərin hüquqi-statusu ilə bağlı Konvensiya Xəzər dənizində xarici dövlətlərin hərbi qüvvələrinin mövcudluğunu qadağan edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button