Aktual

Milli Şura aksiya keçirəcək

“Milli Şura seçkiqabağı kütləvi etiraz aksiyaları keçirəcək, hazırda bununla bağlı hazırlıqlar aparılır”.
Bunu Modern.az saytına açıqlamasında Milli Şuranın üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib.
Hazırda aksiyalarla bağlı müzakirələrin getdiyini deyən G.Aslanlının sözlərinə görə, Milli Şuranın növbəti iclasında bu məsələ müzakirəyə çıxarılacaq: “İctimai Palatanın kütləvi aksiyalar keçirməsi Milli Şuranın yaranması ilə bağlı bir qədər dayandı. Buna baxmayaraq, müxalifətin yenidən aksiyalara başlaması Milli Şuranın sonuncu sessiyasında müzakirə olundu. Bu məsələ ilə bağlı işçi qrupuna xüsusi tapşırıqlar verildi. Ola bilsin ki, Milli Şuranın növbəti sessiyasında bu məsələ müzakirəyə çıxarılacaq. Mitinqlərlə bağlı komissiyanın yaranması nəzərdə tutulub. Aksiyalar keçirmək hazırda Milli Şuranın gündəmindədir. Bundan sonra bütün aksiyalar Milli Şura tərəfindən təşkil olunacaq. Milli Şuraya daxil olan bütün siyasi qüvvələr, partiyalar aksiyalarda iştirak edəcəklər”.
Askiyaların nə zaman keçiriləcəyinə gəlincə, G.Aslanlı hələlik bu barədə danışıqların getdiyini deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button