AktualAktualArxivIslamNardaranXəbər lentiXəbərlər

Bicar şəhərinin mədəniyyət işçiləri və məktəbliləri Azərbaycan islamçı məhbuslarına dəstək verdi-Foto

Bicar şəhərinin Şəhid Bahünər orta məktəbinin müəllim və şagirdləri Azərbaycan Respublikası islamçı məhbuslarına dəstək mərasimi keçirib.

Qafqaz Mədəniyyət Mərkəzi – Redaksiyamızın Bicar şəhərinin informasiya mənbələrinə istinadla verdiyi xəbərə görə, bu şəhərin Şəhid Bahünər adına orta məktəbində müəllim, məktəblilər və bir qrup mədəniyyət əməkdaşının iştirakı ilə Azərbaycan Respublikasının islamçı məhbuslarına dəstək mərasimi keçirilib. Mərasimdə məktəbin direktoru Behruz Mənsuri çıxış edərək deyib: “Azərbaycan Respublikası şiələrinin məzlumluğunu inqilabın dördüncü nəslinə çatdırmaq və izah etmək biz müəllimlərin dini və inqilabi vəzifəsidir.

Dünya imperializmi şiə rəhbərlərinin və regionda baş verən inqilabların səsinin dünyaya çatdırılmasını istəmir.”

Əhli-sünnə şəhərinin məktəb direktoru əlavə edib ki, Hacı Tale Bağırzadə də digər din rəhbərləri Şeyx Zəkzaki, Şeyx Nimr və Şeyx İsa Qasim kimi öz ölkəsində İslamın bərpası ardınca olub və bu gün azadlıqsevərliyi və şəriəti müdafiə etdiyi üçün Azərbaycan Respublikasının qorxulu zindanında saxlanılır və ona ağır işgəncələr verilir.

  1. Mənsuri daha sonra deyib: “Həbsxananın daxilində də Hacı Talenin bütün hüquqlarından məhrum edilib. Bu mövzu göstərir ki, zülmkarlar onun zəifləmiş cismindən deyil, azad ruh və təfəkküründən qorxurlar. Çünki onun iman ruhunu zəncirə çəkə bilmirlər. Ona görə də məcbur qalıb cisminə işgəncə verməklə kifayətlənirlər.”

Mənsuri çıxışının davamında vurğulayıb: “Bu gün elm və bilik səngərində neçə gündür ki, aclıq aksiyası keçirən bu böyük insana öz dəstəyimizi elan edirik və milli mediadan istəyirik ki, Azərbaycanın məzlum şiələrinə dəstək olaraq geniş strategiya sərgiləsin.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button