AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbil valisi: Ərdəbil-Muğan dəmir yolu Azərbaycan Respublikası dəmir yolu xəttinə birləşəcək

: “Ərdəbil-Muğan dəmir yolunun Azərbaycan Respublikası dəmir yolu xəttinə birləşməsi öndə dayanan layihələr arasındadır. Bu məsələ barədə iki ölkə səlahiyyətliləri arasında razılıq əldə olunmuşdur.”

Qafqaz Mədəniyyə Mərkəzi – Əkbər Behnamcu Ərdəbil dəmir yolu layihəsi ilə tanış olarkən deyib: “Ərdəbil dəmir yolu layihəsi nəzərdə tutulmuş vaxt proqramlarına əsasən, 1399-cu ilin sonuna kimi başa çatacaq və istifadəyə veriləcək. Bu məqsədlə şəhərdə Ərdəbil dəmir yol xəttinin açılışı üşün təqvim quraşdırılmışdır ki, bu məsələ cəmiyyətdə dönüş və ümid yaratsın.”

Ərdəbil valisi dəmir yolunun layihəsi üçün lazım olan maddi vəsaitin təmin edilməsinə toxunaraq deyib ki, bizim üçün əsas məsələ bu layihənin yaxşı icra edilməsidir. Bunun üçün mövcud potensiallardan istifadə edilir və projeni lazımi mərhələyə çatdırmağa təlaş edirik.

Vali daha sonra deyib: “Ərdəbil-Muğan dəmir yolunu Azərbaycan Respublikasının dəmir yol xəttinə birləşdirmək icrası öndə dayanan layihələrdəndir. Bu məsələ barədə iki ölkə səlahiyyətliləri arasında razılıq əldə olunub. Sözügedən layihənin Ərdəbil əyalətinin iqtisadiyyatında əsaslı dəyişiklik yarada biləcəyinə diqqət etməklə bu barədə vahid proqramımız olmalıdır.”

Behnamcu vurğulayıb: “Ərdəbil-Parsabad dəmir yol layihəsi də hal-hazırda təhqiqat mərhələsindədir və təlaş olunur ki, yaxın gələcəkdə icra mərhələsinə çatsın, beləliklə bu projenin həyata keçməsi istiqamətində bütün hədəflərimizə çataq. Ərdəbili ölkənin dəmir yoluna birləşdirməyə səy edirik.”

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button