ArxivXəbər lentiXəbərlər

İran və Türkiyə XİN başçıları telefonla danışıblar

İran İslam Respublikası və Türkiyə xarici işlər nazirləri İdlib razılaşmasının təfərrüatını telefonla müzakirə ediblər.

İİR XİN mətbuat xidmətinin verdiyi məlumata görə, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun dünən İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif ilə telefon söhbətində tərəflər İdlib razılaşmasının təfərrüatı barədə fikir mübadiləsi aparıblar. 

İran və Türkiyə XİN rəhbərləri razılaşmanın təfərrüatının İran, Rusiya və Türkiyə XİN başçılarının Nyu-Yorkda keçiriləcək üçtərəfli iclasında müzakirə edəcəklərini razılaşdırıblar. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bazar ertəsi günü Soçidə Rusiya prezidenti Vladimir Putin ilə görüşündə qarşılıqlı, regional, o sıradan da İdlib böhranını müzakirə etdi.

Ərdoğan və Putinin müştərək mətbuat konfransında tərəflər, İdlibdə hərbi əməliyyatın dayandırılması və Suriyanın bu vilayətində qeyri-hərbi zonanın yaradılması barədə razılığın əldə olunduğu elan edildi. 

İdlib vilayəti Suriyanın şimal qərbində Türkiyə sərhədlərində yerləşir və Suriyadakı terrorçuların son bazası hesab olunur. 

Suriya ordusu İdlibdə terrorçulara qarşı əməliyyatlara hazırlaşır. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button