AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbildə 600 illik mərasim-Teştqoyma, Məhərrəm ayında Ərdəbil əhalisinin duyğulu mərasimi

Ərdəbilə məxsus olan “Teştqoyma” mərasiminin 600 ildən çox tarixi keçmişi vardır. Bu mərasim Kərbəla səqqasının məşkinin simvolik qarşılanması, Məhərrəm ayının ürək yanğısı və duyğu ilə qarşılanması məqsədilə həyata keçirilir.
Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbildə Məhərrəm ayında ənənəvi əzadarlıq mərasimlərindən biri də Teştqoyma mərasimidir. Mərasim Zilhiccə ayının 27-də və Məhərrəm ayına 3 gün qalmış bütün məscid, imamzadə, hüseyniyyə və bəzi evlərdə xüsusi ədəb və qaydalarla, habelə əzadarlıq və təziyə ilə keçirilir.
Kərbəla hadisəsi və Fəratın İmam Hüseyn (ə) və dostlarının üzünə bağlanması, Kərbəla səqqası həzrət Əbəlfəzin (ə) susuzlara su gətirmək üçün göstərdiyi fədakarlıqları, susuz dodaqlarla şəhadət şərbətini içən səhabələrin qəhrəmanlıqları şiələrin, xüsusilə də iranlıların mədəniyyətində suyun müqəddəsliyini, xüsusi və mənəvi məqamını artırmış, ona dərin və geniş məna bəxş etmişdir. Belə ki, bu mövzuya münasibəti xalqın mədəniyyətində, adət-ənənələrin formalaşmasında görürük.
Teştqoyma ənənəsi də belə bir mədəniyyətin daşıyıcısı olaraq xüsusi olaraq Ərdəbil şəhərinə, ümumi olaraq Azərbaycan xalqına məxsusdur. Bu mərasimdə teşt Kərbəla səqqasının məşkinin simvolu, su isə İmam Hüseynin (ə) və o həzrətin adamlarının üzünə bağlanmış Fəratın çayının simvoludur. 
Ərdəbildə qədim zamanlardan bəri bu mərasim Zilhiccə ayının 27-də şəhərin came məscidlərində başlayırdı. Sonradan digər məscidlərdə də bu mərasim keçirilməyə başladı. Müasir dövrümüzdə azca dəyişiklik ilə bir neçə gün davam edən xüsusi coşğunluq və duyğularla keçirilir.
Demək olar ki, Məhərrəm ayının əzadarlığı Ərdəbildə teştqoyma mərasimi ilə başlayır və hər gün şəhərin iki məhəlləsində bu mərasim təşkil olunur. Birinci gün Toy və Unçu meydan, ikinci gün Uçdükan və Sərçeşmə, üçüncü gün isə Pir Əbdülməlik və Ali qapıməhəllələrində keçirilir. 
Mərasimin qaydası belədir ki, zəncirvuran və sinəvuran dəstələr növhə oxumaq, təbil, şeypur səsləndirilməsi, əzadarlıq bayraqlarının dalğalanması ilə Kərbəla susuzlarının xatırlanması üçün məşkləri su ilə doldurur və adətən məhəllənin ağsaqqalları məşki bürünc, yaxud misdən olan teştlərlə birlikdə çiynlərinə alaraq məscidə aparırlar, məscidi təvaf etdikdən sonra teştləri məxsus yerlərinə qoyurlar və xüsusi dualar oxumaqla teştləri su ilə doldururlar. 
Bu teştlərin suyundan mərasim iştirakçıları və əzadarlar təbərrük kimi və hacətlərinin yerinə yetməsi üçün götürürlər.

71423144_77270181ecffa

Ərdəbilin teştqoyma mərasimi ölkədə örnəkdir
Aşura mədəniyyətində və bu ənənənin izahında deyilir: Teştqoyma mərasimi İmam Hüseynin (ə) hərəkətinin xatırlanması və o həzrətin Hürrün qoşunu ilə cavanmərdanə rəftarının yada salınması xarakteri daşıyır. Rəvayətə görə İmam Hüseyn (ə) Zihiccənin 27-də məşklərininin suyunu teştlərə tökdü, Hürrün bütün qoşununu və atlarını su ilə doyuzdurdu.
Ərdəbil əyalətinin tədqiqatçılarından biri bu barədə Ərdəbil əyalətinin dəyərli şiə və hüseynçi məqamına işarə edərək deyir: “Ölkənin şiə və ələvi mədəniyyətinin yüksəlməsində Ərdəbilin dəyərli payı olub. Bu şəhərin şiəlik məktəbində xüsusi yeri və mərkəzliyi varıdr. Məlum olduğu kimi Ərdəbildə əzadarlığın 600 ildən yuxarı tarixi vardır”.
Böyük Cameyi izah edir ki, bu şəhərin məddahlıqları və hüseynçi mərasimləri ölkənin digər bölgələri üçün həmişə örnək olmuşdur. O əlavə edib: “Ərdəbil əzadarlıqda üç xüsusiyyətlə özünün 600 illik əzadarlıq mədəniyyətini qoruyub saxlaya bilmişdir. Bu üç xüsusiyyət: ixlas, nizam-intizam və Məhərrəm mərasimlərinin xalqın ürəyindən qaynaqlanmasıdır”.
Böyük Cameyi Azərbaycan və Ərdəbil xalqının əzadarlıq ixlasına da işarə edərək deyir: “Ərdəbil əzadarlığında olan nizam-intizam mütləq şəkildə heç bir yerdə deyilməyib və məntəqənin mərasimləri dəyişməzdir, üstəlik, ötən 6 əsrdə azca təhrif olmaqla davamlı surətdə izlənilmişdir”.
Ərdəbilin əzadarlıqlarının ən mühüm nizam və tərtib əsasları məhəllələrə bölünməsidir. Bu əsasla Ərdəbil şəhəri qədimdən üç Heydəri və üç Neməyi məhəlləsi çərçivəsində altı məhəlləyə bölünmüşdür. Bu məhəllələr arasında bir məhəllə böyük, bir məhəllə orta, digər bir məhəllə isə kiçik qardaş rolunu oynayır.

2225959

Teştqoyma mərasimi Ərdəbilin 41 məscidində icra olunur
Heydəri məhəllələri bu tərtiblədir: Tavar məhəlləsi, böyük qardaş, Üç dükan məhəlləsi ortancıl qardaş və Pir Əbdülməlik məhəlləsi kiçik qardaş. Neməti məhəllələri də Qazeran böyük, Sərçeşmə ortancıl, Ali Qapı isə kiçik qardaşdır. Şəhərin digər məscid və məhəllələri də bu altı məscidin şaxələri hesab olunur. Hər birinin özünün ayrıca və müəyyən əzadarlıq dəstələri vardır.
Beləliklə, Məhərrəm ayının birinci və doqquzuncu günü, həmçinin 10 gün arasında olan bir cümə gününü çıxmaqla hər gün bu altı məhəllə və onun şöbələri birlikdə küçə və meydanlara çıxır, əzadarlıq edirlər.
Ərdəbil şəhərində əzadarlığın tarixinin tədqiqatçısı bu əyalətdə teştqoyma mərasiminin tarixi sənədlərə söykəndiyini xatırladaraq deyib: “İmam Hüseyn (ə) 14-cü mənzilə daxil olanda Müslim ibn Əqilin və Qeys ibn Məzhərin şəhadət xəbərini eşidir. Sonra adamlarına göstəriş verir ki, kifayət qədər su götürsünlər. Həmin gün Ərdəbil əhalisinin teştqoyma mərasiminin əsasıdır”.
B. Cameyi Ərdəbilin 41 məscidində teştqoyma mərasiminin keçirilməsini də vurğulayıb: “Bu etiqadi adət-ənənəni davam etdirməklə həqiqətdə Ərdəbil neçə əsrlik bir ənənəni qoruyub saxlamış və onu sənədli mədəniyyət əsəri kimi tanıtmışdır”.

71423144_77270187ecfbe

İranda əzadarlıq Ərdəbildən başlamışdır
Tədqiqarçı xatırladıb: “Teştqoyma mərasimindən sonra Məhərrəmin ikinci günü İmam Hüseynin (ə) karvanının Kərbəlaya çatması günüdür. Bu günlə eyni zamanda Ərdəbil əhalisi altı məhəllə, şaxə məhəllə və məscidlərlə birlikdə öz əzadarlığını başlayır. Aşura günü 41 məsciddə şam gəzdirməklə və əzadarlıq etməklə şəhər səviyyəsində Hüseyn (ə) sevgisi yüksək həddə çatır”.
Tədqiqatçı İmam Hüseynin (ə) Mədinədən Məkkəyə və oradan Kərbəlaya səfərinin tarixi prosesinə işarə edərək deyib: “İmam Hüseyn (ə) öz ailəsi ilə birlikdə Kərbəlaya qədər 460 km yol getdi və müxtəlif hadisələrlə üzləşdi. Ərdəbil əhalisi nizamlı surətdə bu tarixi onun hadisələri ilə birlikdə xatırladır və bu münasibətlərin qarşılamaqla onları dəyərləndirir, Məhərrəmin on gününün əzadarlığını coşqunluqla keçirir”.
Əzadarlığın bünövrəsinin Ərdəbildə qoyulmasını vurğulayan tədqiqatçı deyib: “İranda əzadarlıq Ərdəbildən başlamışdır. Bu şəhərin məhəllələrinin əzadarlıq dəstələri öz əzəməti ilə İmam Hüseyn (ə) aşiqlərini coşdurur”.

2225962

Ərdəbilin kəndlərində teştqoyma mərasimləri
Ərdəbil əyalətinin bütün kəndlərində də teştqoyma mərasimi nizam-intizam, zamanvə məkan tərtibi ilə heç bir xələl olmadan keçirilir. Qeyd etmək lazımdır ki, zahirdə hər kəndin özünün adət-ənənəsi vardır. Lakin azca hiss olunan adət fərqliliyi onun məzmununa təsir etmir.
Şayiq kəndi Səreyn şəhərinin inzibati ərazisinə daxil olan ən böyük kənddir. Bu kənddə teştqoyma mərasimi Məhərrəm ayına ən yaxın olan cümə axşamı günü zöhr və əsr namazlarından sonra keçirilir.
Bu kəndin ağsaqqallarının dediklərinə görə teştqoyma mərasimindən bir-iki gün öncə nəzərdə tutulmuş teşt məsciddən götürlür, onu təmizləyib, ətirləyirlər və üzərinə qara parça çəkirlər. Teştqoyma günü növhə və rövzə oxunduqdan sonra camaat dəstə şəklində əzadarlıq edən halda məsciddən teşti götürür və onun xüsusi mərasimlə onu ikiyerdə və iki mənzildə gəzdirirlər.
Mərasimdə əzadarlıq dəstələri iki cərgədə hərəkət edir və onların qarşısında əzadarlıq bayraqları dalğalanır. Cərgələrin hər biri, yaxud da dəstə başçısı uca səslə “şah beyt” zümzümə edir, yaxud da bir cərgə uca səslə “Hüseyn” deyir və digər cərgə ona cavab olaraq “məzlum” deyir. Bu qayda ilə teşt olan mənzilə qədər gedirlər və həmin yerdə qısa müsibər zikr edirlər, sonra matəm teştini götürərək digər bir yolla məscidə tərəf hərəkət edirlər.

Teştqoyma mərasimi böyük bir milli əzadarlıq konqresinə çevrilmişdir
Yol boyu teşt əhali tərəfindən qarşılanır, azadlıq və mərdlik yolunun rəhbərlərinin müsibətində göz yaşları tökülür. Teşti qarşılayan əhali onu ziyarət edir, nəzri olanlar öz nəzirlərini teştin üzərinə qoyurlar. Bir çoxları nəzir qurbanlıqlar kəsirlər. Rövzə oxunduqdan sonra hamı qibləyə tərəf dönür, dualar edirlər, xəstələri üçün şəfa diləyirlər, Allahdan hacətlərini istəyirlər.
2012-ci ildə Ərdəbilə məxsus əzadarlıq mərasimi olaraq ölkənin milli əsərləri siyahısında qeydiyyata alınan Teştqoyma mərasimi, qədim adət-ənənə və özəl xüsusiyyətlərə malik bir mərasim olmuşdur. Bu günləri artıq bu mərasim milli səviyyədə böyük əzadarlıq konqresinə çevrilmişdir.
Ərdəbil əyalətinin islami təbliğat mərkəzinin müdiri Teştqoyma mərasiminin Ərdəbildə qədim tarixinə, ölkə və əyalətdə əzadarlığın başlamasında bu mərasimin əhəmiyyətinə toxunaraq vurğulayıb ki, son illərdə bu mərasim genişlənib və çox yaxşı qarşılanıb.Hər il onun əzəməti daha da artmaqdadır.


Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button