Aug 28, 2018 admin Arxiv, Şəxsiyyətlər, Xəbər lenti, Xəbərlər 0
Şeyxüş-şühədai Qafqaz Həzrət Ayətullahül-üzma Şeyx Əbdülqəmi Badukebi, Qafqaz məntəqəsinin böyük alimlərinin və fəqihlərinin rəhbəri, mücahid və mübarizlərinin lideri idi. Atasının adı Molla Abdullah idi. 1850-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. Kiçik yaşlarında Quran qiraəti, Gülüstan, Nisabüs-sibyan kimi o zamanlar Qafqaz mədrəsələrində tədris olunan kitabları və ilkin məlumat məqsədli dini hövzə dərsləri öyrəndi. Sonra atası onu Bakida yerləşən Mirzə Həsib Qüdsi mədrəsəsinə göndərdi. Şeyx orada ərəb ədəbiyyatı, məntiq, riyaziyyat, astronomiya və islam elmlərinin digər ibtidai dərslərini öyrəndi. Cavan yaşlarında atasının məsləhəti ilə Qum elmi hövzəsinə gedərək, oradakı alimlərdən fiqh və üsulun ali səthli dərslərini öyrəndi. Qumda dörd il qaldıqdan sonra Həccə və Peyğəmbərin (s), Əhli-beytin (ə) ziyarətinə yola düşdü. Ardınca Mövla Həzrət Əlinin (ə) hərəmi yaxınlığında məskunlaşdı. Orada Həzrət Ayətullahül-üzma Mövla Məhəmməd Fazil İravani, Ayətullahül-üzma Mirzə Həbibullah Rəştidən və əqli elmlərdə Əllamə Bəraqənidən bəhrələnərək, islam elmlərində ali müctəhidlik məqamına çatdı. Bununla da, şiə aləmində böyük elm sahibləri arasında öz üstün elmi-mənəvi xüsusiyyətləri məşhur oldu.
Şeyx on doqquzuncu əsrin sonlarında Bakı şəhərinə geri döndü. Öz elmi-mənəvi üstünlük və fəzilətlərilə Qafqaz məntəqəsinin alim və ruhanilərinin zirvəsində qərarlaşdı. Elm və mənəviyyat ulduzlarının arasında günəş kimi parlayaraq, insanların sevimlisinə çevrildi. O, bununla da, müsəlmanların mərcei-təqlidi oldu. Zamanın şiə aləmindəki alim və mərceləri Qafqaz camaatını ona iqtida, təqlid etməyə əmr edərək, onun göstərişlərinə itaət etməyi vacib saydılar.
Şeyx elm və mənəvi üstünlüklərdən əlavə, şücaəti, gözəl səlis və açıq bəyanı, zülmlə mübarizəsi, zalımların və ateist fikirlərin müqabilində qorxusuzluğu ilə seçilirdi. Elə buna görə də, tam gücü ilə çar Rusiyasının zülmünün və ruslaşdırmasının qarşısında dayanaraq, Quran və islamın, həmçinin vətənin müdafiəsi üçün cihada qalxdı. Bu yolda dəfələrlə təhdid edildi. Oğlu Məhəmməd Əli erməni daşnaklarının hücumunun qarşısını alarkən şəhid oldu. Kommunist inqilabından sonra ateist dövlətin hakimiyyətə gəlməsi ilə şiddətli və ağır təqiblər, sıxma-boğmalar hakim oldu. Zülm və özbaşınalıq həddini aşdı. Dinsizlər islamın və Quranın kökünü kəsmək üçün tam hərəkətə keçdilər. Şeyx bu zaman xalq arasında böyük nüfuza malik idi. O, öz sadiq və mücahid alim dostlarını ətrafına topladı. Bakıda, Şərqi Qafqazın mərkəzində Cəmiyyətu-dəvətil-ilahiyyə adlı bir cəbhə təşkil verərək, aşkar şəkildə kommunist ateistləri ilə mübarizəyə qalxdı. O, açıq şəkildə Lenini və onun ateist tərəfdarlarını kafir adlandıraraq, dəlil-sübutlarla onun dinsiz ideyalarını tənqid atəşinə tutdu.
1931-ci ildə zülmkar və kor qəlbli bolşeviklər onun günəş kimi parlayan və haqqı söyləyən varlığına dözə bilməyib, onu otuz nəfər başqa alimlə birlikdə, o cümlədən; Əllamə Şeyx Hüseyn Ramanalını, Şeyx Hənifə Badkubeini, Seyid Məhəmməd Badukubeini və başqalarını həbs etdilər. Onlar dörd ay işgəncə verdikdən sonra şəhid etdilər. Beləliklə də, öz qeyrəti, dəyanəti, möhkəm iradəsi, şücaəti və igidliyi ilə şiə alimlərinin bir nümunəsi olan bu əzəmətli şəxsiyyət, Quranın haqq yolunun və Həzrət Əlinin (ə) sadiq davamçılarının iftixar dolu şəhadət kitabına bir qızıl səhifə də artırdı.
Ona doğulduğu gün də, öləcəyi gün də, (qiyamət günü qəbirdən) diri olaraq qaldırılacağı gün də salam olsun!
Məryəm-15
Hazırladı: Həfəf14.az
Dec 09, 2018 0
Feb 19, 2019 0
Feb 19, 2019 0
Feb 19, 2019 0
Feb 19, 2019 0
Feb 19, 2019 0
Feb 19, 2019 0
Feb 19, 2019 0
Feb 19, 2019 0
Feb 17, 2019 0
Ruhullah Xomeyni (tam adı: Ruhullah Mustafavi Musəvi...Feb 16, 2019 0
AİP qanlı terror aktını kəskin pislədi Azərbaycan...Feb 16, 2019 0
22 Bəhmən yürüşündə İranın inqilabçı xalqı...Feb 16, 2019 0
Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus...Feb 15, 2019 0
Ailəsi Tale Bağırzadə ilə görüşüb, Hacı aclığı...Feb 17, 2019 0
Ruhullah Xomeyni (tam adı: Ruhullah Mustafavi Musəvi...Feb 12, 2019 0
Video Project 1zxxcFeb 12, 2019 0
Bismillahir-Rəhmanir-Rəhim Şərafətli, azad insanların...Jan 11, 2019 0
Yanvarın 11-də “Qarabağın Azadlığı Uğrunda...Nov 11, 2018 0
İmam Səccad (ə) kimdir? * – Diktatura mühitində...Feb 17, 2019 0
Ruhullah Xomeyni (tam adı: Ruhullah Mustafavi Musəvi Xomeyni) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma. Ayətullah Xomeyni 1902-ci ildə sentyabr...Feb 16, 2019 0
AİP qanlı terror aktını kəskin pislədi Azərbaycan İslam Partiyasının Mətbuat Xidmətindən redaksiyamıza daxil olan bəyanatda deyilir: “İran İslam Respublikasının cənub şərqində yerləşən Sistan...Feb 16, 2019 0
22 Bəhmən yürüşündə İranın inqilabçı xalqı Azərbaycan Respublikasının islamçı məhbusları ilə həmrəylik nümayiş etdirməklə yanaşı, həbsxanalarda məhbuslara qarşı insanlığa sığmayan...Feb 15, 2019 0
Ailəsi Tale Bağırzadə ilə görüşüb, Hacı aclığı davam etdirdiyini bildirib. Leyla İsmayılzadə Azadlıq Radiosuna danışır ki, fevralın 12-də günortadan sonra həyat yoldaşıyla görüşə bilib....Jun 26, 2018 0
Dünya şöhrətli İran rejissoru Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” filmi iyunun 28-də Bakıda təqdim olunacaq. Dünya şöhrətli İran rejissoru Məcid Məcidinin “Məhəmməd: Allahın...Apr 23, 2017 0
Azərbaycan Respublikasında fars dilini öyrənənlər Bakıda bir konfrans keçirərək, tanınmış iranlı şair Sədi ilə bağlı günü qeyd ediblər. IRIB xəbər verir: Bu konfransda İranın Bakıdakı...Apr 23, 2017 0
Azərbaycanda boşanma tendensiyası ilbəil artmaqdadır. Hətta rəsmi rəqəmlər də bunu təsdiq edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon...Apr 17, 2017 0
Son illərdə məişət zorakılığının müxtəlif cinayət əməllərinin törədilməsi ilə nəticələndiyinin şahid oluruq. Məişət zorakılığı özünü öldürmə, özünü öldürmə həddinə...Feb 16, 2019 0
Azərbaycan artıq illərdir ki, ən çox siyasi məhbusu olan ölkələr sırasındadır. Hər il azadlığa çıxanların yerini yeniləri əvəz etdiyindən, say da, demək olar ki, dəyişmir. Lakin son zamanlar bir...Nov 16, 2016 0
Müsavat Partiyasının başqanı Arif Hacılının müsahibəsini təqdim edirik: -Köklü müxalifət partiyalarının birgə proyektləri artıq tarixin arxivinə gömülüb desək, yanılmarıq. Mən əsasən AXCP...Oct 09, 2016 0
“Məhərrəm ayı İslam dinində haram sayılan 4 aydan biridir. Yəni bu ayda müharibə etmək haram buyrulub. Lakin İmam Hüseyn (ə) dönəmində vəziyyət o yerə çatmışdır ki, Yezid kimi zalım bir...Sep 26, 2016 0
Milli Şuranın sədri Cəmil Həsənli səsvermə ilə bağlı ilkin təəssüratlarını AzadlıqRadiosu ilə bölüşüb. – Bizdə olan məlumata görə, Azərbaycan xalqı kütləvi şəkildə referenduma...