ArxivIslamXəbər lentiXəbərlər

Gəncəli müctəhid Seyid Həsən Seyidzadə

Həzrət Ayətullah Seyid Həsən Seyidzadə Gəncəvi, Qafqaz məntəqəsinin əzəmətli alimlərindən, ali məqamlı ruhanilərindən biridir. 1860-cı illər ərəfəsində Gəncə şəhərində dünyaya gəlmişdir. Mədrəsə dərslərini və bir sıra müqəddimə tipli dini hövzə dərslərini məntəqənin alim və ruhanilərindən öyrənib. Cavan yaşlarında Nəcəfi-əşrəfə gedərək, uzun illər Ayətullahül-üzma Seyid Hüseyn Kuhkəməri, Ayətullahül-üzma Mövla Məhəmməd Fazil İravani və Ayətullahül-üzma Mirzə Həbibullah Rəştinin elmindən bəhrələnərək, islam elmlərində ali müctəhidlik məqamına sahib olub.

O, ali elmi-mənəvi məqamlara malik olduqdan sonra doğma vətəninə qayıdaraq, orada dini maarifləndirmə, moizə və təbliğlə, həmçinin şəri əhkamların bəyanı və islam elmlərinin tədrisi ilə məşğul olmağa başlayır. Gəncədə olduğu bir müddət ərzində bolşeviklərin təzyiqiqləri və kommunist inqilabının başlanğıcı, onu məntəqənin böyük alimləri ilə birlikdə, o cümlədən; mərhum Pişnamazzadə və Abbaszadə ilə birgə düşmən əleyhinə vahid cəbhədə birləşərək, cihada, fikri və əməli mübarizəyə qalxmağa məcbur etdi. Bolşeviklər hakimiyyətə gəldikdən sonra o, Gəncənin Şah Abbas məscidini öz fəaliyyətlərinin mərkəzi etdi. 1929-cu ilə qədər çoxlu təhdidlərə, təzyiqlərə və əzab-əziyyətlərə baxmayaraq, öz dini vəzifəsini yerinə yetirməyə davam etdi. Lakin bu illər ərzində onun mal-mülkü və hətta yaşadığı evi belə müsadirə edildi. Həyat yoldaşının məruz qaldığı əzab-əziyyətlər xəstələnməsinə və ölümünə yol açdı.

Nəhayət, Seyid 1930-cu ildə İranın Şərqi Azərbaycan vilayətinə köçdü. Qalan ömrünü orada islam elmlərini tədris etməklə və ruhani vəzifələrini icra etməklə keçirdi. 

Bu dəyərli alim elə həmin şəhərdə vəfat etdi. Qiyamət günü müqəddəslərlə məşhur olsun!

 

Hazırladı:Hədəf14.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button