ArxivFatimi yaşayişXəbər lentiXəbərlər

Zamanı tanımaq və ayıq-sayıqlıq

Zamanı tanımaq və ayıq-sayıqlıq

Tarixdə elə qadınlar olub ki, zamanı tanımaq və ayıq-sayıqlığı nəticəsində düz yoldan sapınmanın qarşısını alıblar, insanların haqq-həqiqətə doğru yönəlməsinə səbəb olublar. İslamın baxışında qadın, heç də zəif və bacarıqsız məxluq deyil, əksinə qadın əvəziedilməz və bənzərsiz rola malikdir.

Belə qadınların örnəyi həzrət Zəhra (ə) olmuşdur. Həzrət öz zəkası ilə şiənin haqq olmasını və məzlumluq sənədini əbədi olaraq sübuta yetirdi.

 

Ayə

“Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir.”

(“Ənam” surəsi, ayə 104)

 

Hədis

İmam Əli (ə) buyurur: “Bəsirətli insan o kəsdir ki, eşitsin, düşünsün, (qəlbinin gözü ilə) baxsın və ibrət götürsün, sonra aydın yolda hərəkət etsin.”

(“Nəhcül-bəlağə”, xütbə 152)

 

Ənənə

– Ustad, həzrət Zəhra (ə) nə üçün qapının arxasına getdi?

– Həzrət Zəhra (ə) kamil bəsirət və ayıqlıqla qapının arxasına getdi. Həzrət getdi ki, müsəlmanlar üçün Qiyamət gününə kimi höccəti tamamlasın.

– Bəs, həzrət Əli (ə) müsəlmanlar üçün höccəti tamamlaya bilməzdimi?!

– Əgər anamız Zəhradan (ə) başqa qapının arxasına hər kəs getsəydi və o hadisə onun üçün baş versəydi, onda tarixi asanlıqla təhrif edə bilərdilər. Amma həzrət Zəhra (ə) üçün baş verənləri təhrif edə bilmədilər. Müsəlmanlardan bəziləri İslamın əvvəlində baş verən müharibələrə görə Əliyə (ə) qarşı kin-küdurət bəsləyirdilər, amma Zəhra (ə) Peyğəmbərin (s) qızı və onun yeganə yadigarı olduğu üçün o zaman müsəlmanlar arasında çox sevilirdi və ona qarşı həssaslıq daha çox idi. Həzrət Zəhra (ə) şəhid olan gündən müsəlmanlar onun şəhadətinin səbəbini aramağa başladılar, həzrətin şəhadət məsələsi sürətlə müsəlmanlar arasında yayılmağa başladı. Heç kəs bu hadisəni inkar etməyə cürət etmədi və anamızın qanı Qiyamətə kimi Əlinin (ə) məzlumluq sənədi olaraq qaldı.

 

Hekayə

– Məni də özünlə apar.

– Yox, Rüqəyyəcan. Neçə dəfə dedin, mən də dedim ki, çətindir, qadın işi deyil.

– Söz verirəm ki, etiraz etməyim, təkcə icazə ver, mən də səninlə gəlim.

– Əzizim, ora çox qarışıqlıqdır, məşəqqətli səfərdir, əzab-əziyyətə düşərsən, neçə ay sonra dünyaya gələcək uşağına Allah eləməmiş bir şey olar.

– Bəs, bu qədər qadın-uşaq necə gedirlər? Elə bircə mənim üçün çətindir, amma başqalarına asan?

– Niyə bu qədər təkid edirsən, Rüqəyyəcan?

– Bu il fərqi var, Məhəmməd. Eşitmədin ki, bu il Həzrət Ağa xüsusi təkid edib dedi: “Piyada Ərbəin ziyarəti Allahın təzahürlərindəndir.”[1] Mən də bu hərəkətdə payımın olmasını istəyirəm.

– Yaxşı, sən məni qabaqladın. Pasportunu gətir, səhər idarə işlərinin ardınca düşüm. Təvəkkül Allaha.

[1] Ali Məqamlı Rəhbərin xaric fiqh dərsində çıxışlarından: 30/11/2015

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button