ArxivŞəxsiyyətlərXəbər lentiXəbərlər

Sovet hakimiyyətinə qarşı mübarizə aparan Gəncəli Molla Müseyyib

Həzrət Ayətullah Axund Hacı Molla Müseyyib Gəncəvi, Qafqaz məntəqəsinin görkəmli alimlərindən və dəyərli ruhanilərindən biridir. O, 1850-ci ildə Gəncə şəhərində anadan olub. Quran qiraəti, Gülüstan, Bustan kimi o zamanlar Qafqaz mədrəsələrində tədris olunan başqa kitabları, müqəddimə və bir sıra ali səthi dini hövzə dərslərini məntəqənin alim və ruhanilərindən, o cümlədən; Ağa Seyid Əli Gəncəvidən öyrənib. Sonra cavan yaşlarında Nəcəfi-əşrəf elmi-hövzəsinə gedərək, Ayətullahül-üzma Seyid Hüseyn Kuhkəməri, Ayətullahül-üzma Mövla Məhəmməd Fazil İravani və Ayətullahül-üzma Mirzə Həbibullah Rəştinin elmindən bəhrələnərək, ali elmi-mənəvi məqamlara sahib olub.

O, öz dini təhsilini başa çatdırdıqdan sonra doğma yurduna qayıdaraq, orada dini maarifləndirmə, moizə və təbliğlə, həmçinin şəri əhkamların bəyanı və islam elmlərinin tədrisi ilə məşğul olmağa başlayır. Axund Molla Yaqub və məntəqədəki başqa alim və ruhanilərlə birgə bolşeviklər əleyhinə ictimai-siyasi fəaliyyətlərə başlayır. Bolşeviklərin inqilabının və sovet hakimiyyətinin qurulmasının ardınca, məntəqənin digər alim və ruhaniləri kimi Molla Müseyyib də, kommunistlərin ağır təhdid, şiddətli əzab-əziyyət və təzyiqlərinə məruz qalır. Çətinliklər içində yaşamağa başladı.

Bu dəyərli alimin vəfat tarixi dəqiq məlum olmasa da, bir ehtimala görə, 1930-cu ildən sonra, vəfat edərək, Haqqın dərgahına ucaldığı söylənilir. Onun pak cənazəsi Gəncə şəhər qəbiristanlığında dəfn edilmişdir

Daim Allahın rəhmət sayəsində qərar tutsun.

 Hazırladı: Hədəf14.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button