ArxivXəbər lentiXəbərlər

Əli Əkbər Vilayəti Ayətullah Xameneidən Putinə məktub aparıb

İran rəsmisi bildirib ki, Ali liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli-Əkbər Vilayəti bu gün Moskvaya və daha sonra isə Çinə gedəcək.

İranın xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bəyan edib ki, Əli-Əkbər Vilayəti bu gün Moskvaya gedəcək və Həsən Ruhani və Ayətullah Xameneinin birgə məktubunu Vladimir Putinə çatdıracaq.

Mənbə bildirib ki, məktub İran-Rusiya əlaqələrinin daha da möhkəmləndirilməsini hədəfdə tutub.

B.Qasimi bildirib ki, “Donald Trampın nüvə sazişindən birtərəfli şəkildə çıxması və strateji səhvi etməsindən sonra İran ölkə rəhbərliyinin məktublarını xüsusi nümayəndələri ilə digər dövlətlərə göndərəcək və ABŞ-ın beynəlxalq qaydalar və normalara zidd olan addımları haqda İranın gələcək baxışlarını izah edəcək”

İran rəsmisi əlavə edib ki, Əli-Əkbər Vilayəti Rusiya və Çin səfərində bu dövlətlərin yüksək rütbəli rəsmiləri ilə ikitərəfli əlaqələri və region məsələlərini müzakirə edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button