ArxivIslamXəbər lentiXəbərlər

AİP İdarə Heyəti ölkə gündəmini dəyərləndirmək üçün bir araya gəlib

Bu gün Azərbaycan İslam Partiyasının növbəti həftəlik şənbə toplantısı keçirilib

 İslaminSesi xəbər verir ki, toplantıda ölkədə ictimai-siyasi vəziyyət müzakirə olunub. Müqəddəs kitabımız Qurani- Kərimdən ayələr təhlil edilərək, hədislərdən nümunələr gətirilib. AİP sədr əvəzi Hacı İlham Əliyev Quranda və hədislərdə cəmiyyətin başında duranların vəzifələri barədə nöqtələrə toxunaraq əsasən “Şüəra” surəsinin 215-ci ayəsində deyildiyi kimi qeyd etdi ki, sənə tabe olanlara mərhəmət göstərməli, onları qanadlarının altına almalı, onlara qarşı təkəbbürlük göstərməməlisən. Digər bir ayədə hətta rəhbər üsyan edənlərə, xətaya yol verənlərə qarşı nəinki qəzəblənməli, baş verənləri dəqiq araşdırmalı, kimliyindən asılı olmayaraq onlara dil və əməl nümunələri, düzgün çıxış yolları göstərməlidir. Və bu zaman güc, həm də mərhəməti olan varlığa söykənməli ki, ədalətli nəticə hasil olunsun.

”Hicrətin onuncu ilində Yəmənə hakim təyin olunan Məaz ibni Cəbəl peyğəmbərə(s) beyət edənlərdən biri idi. Ona insanlarla ayaqlaşmalı, onları əzməməli, xoş və bəd xasiyyətindən asılı olmayaraq camaatla yumşaq dildə danışmalı, qabalıq etməməli, insanların sənə tərəf gəlmələrini gözləməməli,sən insanlara tərəf getməli, başqa sözlə onları birinci olaraq salamlamalısan. Bütün hallarda qəzəbini boğmağı bacarmalısan”- deyə hacı İlham peyğəmbərin(s) Nari ibn Cəbələ nəsihətinə şərh verdi.

İslamçılar ölkəmizdə baş verən və cəmiyyəti ciddi narahat edən son hadisələrə, xüsusən Mingəçevir İstilik Elektrik Stansiyasında və Gəncədə baş verənlərlə bağlı mövqelərini açıqladılar.

Qeyd olundu ki, Mingəçevirdə baş verən qəzanın əsas səbəblərini isti hava şəraiti ilə, stansiyanın yüklənməsi ilə əlaqələndirmək obyektiv səbəb ola bilməz. Bu, məlum sahədə müasir elmi-texniki tərəqqinin tətbiqində yol verilən məsuliyyətsizlik, bu sahəyə ayrılan maliyyə vəsaitlərinin istiqaməti üzrə xərclənməməsi, əsasən də məmur özbaşınalığı kimi qiymətləndirilməlidir. Avropanın enerji təhlükəsizliyi istiqamətində rolunun artmasından bəhs olunan Azərbaycanda yaranmış vəziyyət ölkəmizin beynəlxalq imicinə və etimadına ağır zərbə ola bilər.

Toplantı iştirakçıları həmçinin Gəncədə baş verən olayla bağlı narahatlıqlarını bildirdilər. Qeyd olundu ki, AİP bir qayda olaraq ölkə ərazisində baş verən müxtəlif hadisələrin, o cümlədən cinayət hadisələrinin araşdırılmasına nəticədən deyil, başvermə səbəblərindən yanaşmağın vacibliyini önə çəkmişdir.

“Gəncə icra başçısı Elmar Vəliyevin vətəndaşlarla rəftar və münasibətindəki neqativliklərin artıq hər kəsə, o cümlədən millət vəkillərinə məlum olmasının sübutu kimi Milli Məclisin üzvü Fəzail Ağamalının hadisə barədə fikirləri kifayətdir. İcra başçısının insanlarla söyüş dilində danışması, onun əxlaq normalarını aşması, ona xalqa xidmət etməli olduğunu yəqin ki, bildirən dövlət başçısının məntiqinin tam əksinə əməl törətməsi, vətəndaşları dözülməz həddə çatdırması, milli- mənəvi dəyərlərimizə uyğun olmayan davranışı mənəvi deyil, hüquqi baxımdan xoşagəlməyən hadisələrə açıq səbəb ola bilər” – deyə, çıxış edənlər baş verən hadisənin köklü şəkildə araşdırılmasının vacibliyini bildirdilər.

Həmçinin islamçılar hadisənin hər hansı bir terrorla, ölkənin dindar cameəsilə əlaqələndirilməsinin düzgün olmadığını dilə gətirmiş, bunun beynəlxalq aləmdə İslam dininin düşmənlərinin dəyirmanına su tökmək kimi qiymətləndirmiş, hüquq mühafizə orqanlarının bəyanatlarında səsləndirilən qeyri-obyektiv fikirlərin əhalidə ciddi narahatlıq yaratma etimalını bildirmişlər.

Çıxış edənlər Yunis Səfərovun Elmar Vəliyevi öldürmək cəhdində niyyətinin Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövlətini yaratmaq olmasını bəyan edən hüquq mühafizə orqanlarının fikirlərini məntiqəuyğun hesab etməmişlər. Qeyd edilmişdir ki, baş verənlərin əsas səbəblərindən biri məsul vəzifələr həvalə edilənlərin mənəvi baxımdan yetkin olmamasıdırsa, digər başlıca səbəb də hakim zümrə içərisində qohumbazlıq, tayfabazlıq və yerliçilik amillərinin onlarda yaratdığı arxayınçılıqdır ki, bu da insanlarla davranışda əxlaq normalarının gözlənilməməsinə, onlarla qaba rəftara gətirib çıxarır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button