ArxivXəbər lentiXəbərlər

Yəhudi nazir İrana işləyirmiş – İsrail Kəşfiyyatı hələ belə zərbə görməmişdi (Video)

İsrail Təhlükəsizlik Xidməti sabiq enerji və infrastruktura naziri Gonen Segevi İrana cəsusluq etməkdə şübhəli bilindiyi üçün həbs edib.

Xəbəri ilk olaraq İsrail mətbuatı yayımlayıb. Lakin daha sonra rəsmi xəbər agentlikləri də sabiq nazirin İrana cəsusluqda şübhəli bilinərək saxlanılmasını təsdiq ediblər.

İsrail mətbuatı bu sızmanı İsrailin yarandığından indiyədək ən ciddi təhlükə adlandırıblar.

Sabiq nazir enerji sahəsində və İsraildəki təhlükəsizlik obyektləri haqda məlumatları İrana ötürməkdə ittihamlandırılır.

İsrailli ekspertləri İrana cəsusluq edən sabiq nazirin sionist rejiminə olan təhlükəsinin vaxtilə bu rejimin hərbi nüvə faliyyətini xaricə sızdıran Mordexay Vanunun məsələsindən da təhlükəli olduğunu bildirirlər. Onlar bildirir ki, daima nazirlər kabinetində olan və hökumətin qərarlarında iştirak edən birisinin bu məcrada olması İsrail üçün daha təhlükəlidir, çünki o enerji, su və gizli müəssisələrin yerini yaxşı bilir.

İsrail mətbuatı iddia edib ki, kəşfiyyat bir neçə ildir onu nəzarətə götürübmüş. Sabiq nazir son illərdə Nigeriyada məskunlaşıbmış.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button