ArxivXəbər lentiXəbərlər

Wikileaks İŞİD-ın yaradılmasının təffərrüatlarını yazıb

Wikileaks  İŞİD və Ən-Nüsrə terror təşkilatlarının Amerika tərəfindən yaradılmasından yazır.

2004-cü il fevral ayının 19-da Amerika, İngiltərə və İsrail kəşfiyyatçıları Britaniyada bir ərəb əmirinin qəsrində görüşüb.

3 gün davam edən görüşdə belə bir qərar çıxarılıb ki,  ifratçı bir təşkilat yaradılsın və Livan Hizbullahının fəaliyyətlərinə son qoyacaq layihələr həyata keçirilsin. O zaman İordaniyada həbsdə olan Musəb Əl-Zərqavi təşkilata rəhbər seçilir və qısa müddət sonra bu şəxs qarşıdakı fəaliyyətlərə hazırlıq üçün təlimə cəlb olunur.

Zərqavinin ixtiyarına ilk addımda 860 milyon dollar büdcə verilir. İlk hədəf İraqdakı müqvimət qüvvələri idi. Əl-Zərqavi Mosul, Tikrit, Əl-Ənbar, Diyaliyə nüfuz edir. 2006-cı il iynun 7-də Zərqavi qətlə yetirilir, İraqda həbsdə olan Əbubəkr Əl-Bağdadi onun yerinə gətirilir.

Əl-Bağdadi hazırlıq üçün İsrailə aparılır. 2006-cı il Yaxın Şərqdə dönüş ili olur. İsrail Hizbullahı məhv etmək məqsədi ilə 33 günlük müharibəyə başlayır və rüsvayçı bir məğlubiyyətə düçar olur.  Bunun ardınca Əl-Bağdadi işə salınır.

Türkiyə və Suriyada Əl-Bağdadi üçün qərərgahlar yaradılır. Ərəbistan, Yəmən, Tunis, Fransa və Britaniyadan muzdurlar səfərbər edilir. Muzdurlara ayda 750 dollar maaş təyin olunur. 148 min nəfərlik muzdlu ordu yaradılır.

Qətərin sabiq baş naziri Əhməd ibn Casim deyir ki, Suriyada “inqilaba” ilk addımda 137 milyard dollar xərcələyiblər…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button