ArxivXəbər lentiXəbərlər

İran-Azərbaycan R. əlaqələri yüksəlir

İranın Azərbaycan Respublikasındakı mədəniyyət attaşesi iyunun 27-dən iyulun birinədək bu respublikada İran mədəniyyət həftəsinin keçiriləcəyindən xəbər verib.

İranın Azərbaycan Respublikasındakı mədəniyyət attaşesi Əsğər Farsi bu gün Bakıda Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Ədalət Vəliyev  ilə görüşdə onunla ikitərəfli mədəniyyət əlaqələrinin yüksəldilməsini vurğulayaraq, İranın Azərbaycan Respublikasında mədəniyyət həftəsinin keçirilməsi tərzi barədə fikir mübadiləsi aparıb.

Tərəflər mədəniyyət həftəsinin keçirilməsini Azərbaycan Respublikasının tarixi ilə dərin bağlara malik olan köklü və qədim İslam-İran mədəniyyəti və sivilizasiyasının təqdimi üçün münasib fürsət adlandırıb və müxtəlif mədəniyyət və incəsənət sahələrində əlaqələrin dərinləşdirilməsini istəyiblər.

Farsi həmçinin İranın islami mədəniyyət və irşad naziri Seyid Abbas Salehinin İranın Azərbaycan Respublikasında mədəniyyət həftəsi ilə bir vaxtda yüksək səviyyəli nümayəndə heyətilə bu respublikaya səfər edəcəyindən xəbər verərək deyib: İranın Hormozqan vilayətindən teatr qrupu, həmçinin Buşehrdən Liyan ənənəvi musiqi qrupu da İranın Azərbaycan Respublikasında mədəniyyət həftəsində iştirak edəcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button