ArxivIslamXəbər lentiXəbərlər

Ateist ideyasına qarşı mübarizə aparan və sonda şəhid edilən Astaralı Şeyx Möhsün

Həzrət Ayətullah Şeyx Möhsün Astarai Lənkərani, Axund Əbdüssəmədin oğludur. O, Qafqaz məntəqəsinin əzəmətli alimlərindən və dəyərli ruhanilərindən biridir. 1882-cı ildə və ya bir neçə il ondan öncə, Lənkəran məntəqəsinin Astara şəhərinin tabeçiliyində olan Ərçivan kəndində dünyaya gəlmişdir. Mədrəsə və ilkin məlumat məqsədli dini hövzə dərslərini atasının və məntəqə ruhanilərinin hüzurunda öyrənmişdir. Sonra cavanlığında Ərdəbil dini hövzəsinə gedərək, orada ali səthi dərsləri Hacı Mir Saleh Müctəhid Ənari və Ağa seyid Mürtəza Xəlxali və başqa əzəmətli alimlərdən dərs almışdır. Sonra isə 1897-ci ildə müqəddəs Nəcəfi-əşrəf şəhərinə səfər etmiş, orada Mövla Məhəmməd Fazil Şərəbyani, Seyid Məhəmməd Kazim Təbatəbai Yəzdi, Axund Molla Məhəmməd Kazim Xorasani və digər böyük alimlərin elm xəzinəsindən bəhrələnərək, ali elmi və mənəvi məqamlara sahib oldu. O, təqribən 1914-cü ildə öz doğma vətəninə qayıtdı. Bolşevik inqilabının ciddi şəkildə dağıdıcı və zərərli olduğunu anladığı üçün, bu ateist ideyalarına qarşı geniş miqyaslı və yorulmadan mübarizə apardı. Şeyxin bu mübarizəsi o qədər güclü və təsirli idi ki, kommunist inqilabının rəhbərləri onunla amansız mübarizəyə qalxdılar. Üç il ona qarşı amansız təqiblər və təzyiqlər davam etdi və sonda 1917-ci ildə onun məntəqədəki nüfüzuna dözməyən zalımlar, bu dəyərli alim və mücahidin evinə hücum çəkdilər. Onu öz evinin həyətində, ailəsinin gözləri önündə, faciəli bir şəkildə şəhid etdilər.

Mübarək vücudu doğulduğu məkanın qəbiristanlığında yerləşir.

Allah məqamını daha uca etsin!

Hazırladı:Hədəf14.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button