ArxivXəbər lentiXəbərlər

Mühacir blogerin qohumları həbs edilib

Onların harda saxlanıldıqları məlum deyil

Hollandiyada yaşayan mühacir, bloger Orduxan Teymurxanın Bakıda yaşayan yaxın qohumları Səbuhi Zeynalov və Tural Əliyev inzibati qaydada həbs edilib.

Məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, S.Zeynalov və T.Əliyev haqda Nərimanov rayon Məhkəməsi qərar verib. Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) günahlandırılıblar.

S.Zeynalov və T.Əliyevin hər birinə 30 sutka inzibati həbs cəzası verilib. Onların məhkəmə qarşısına Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib olunmuş protokol əsasında çıxarıldığı bildirilir.

Səbuhi Zeynalov və Tural Əliyev haqda qərarları hakim Samir Məmmədov və Rəşad Abdulov bu gün, fevralın 19-u çıxarıb.

E.Sadıqov hələlik müvəkkilləri ilə görüşə bilməyib. Çünki onların harda saxlanıldıqları ona bəlli deyil.

O Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub, ancaq ona S.Zeynalov və T.Əliyevin harda saxlanılması barədə bilgi verilməyib.

Orduxan Teymurxan Bakıda yaşayan bacılarının evinə fevralın 17-də polislərin gəldiyini və onların övladlarının saxlanıldığını bildirmişdi.

O.Teymurxan bunu özünün fəaliyyəti, sosial şəbəkələrdə yaydığı videolarla əlaqələndirir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button