ArxivXəbər lentiXəbərlər

DTX-nın əməliyyatına mane oldu işdən qovuldu

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı Anar Mansurov daxili işlər orqanlarından xaric edilib.
qafqaz.ir Sfera.az-a istinadən bildirilir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Buna səbəb Anar Mansurovun xidmətdə yol verdiyi ciddi qüsur olub. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Qazax rayonunda terrorçuluğa qarşı mübarizə tədbiri çərçivəsində əməliyyat keçirən zaman Anar Mansurov xidmətə yaraşmayan hərəkətlərlə əməliyyata maneçilik törədib. Əməliyyatdan sonra onunla bağlı DİN rəhbərliyinə müraciət edilib. Müraciət araşdırıldıqdan sonra DYP zabiti işdən qovulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button