ArxivIslamXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət” İB növbəti “Əyyami Fatimə” məclisini keçirib – Video – Foto

“Maarifçiliyə dəvət” İctimai Birliyin silsiləvi “Əyyami Fatimə” məclisləri davam etdirir.

Hədəf14.az xəbər verir ki, daha bir əza məclisi icmanın paytaxtın Yasamal üzvlərinin iştirakı ilə baş tutub. Birliyin sədri ilahiyyatçı hacı Elçin Manafov və nümayəndələri tərəfindən təşkil edilən əza məclisində 50 -ə yaxın dindar iştirak edib. Qurani Kərimin tilavəti ilə baş tutan məclisdə ilahiyyatçı Fatimeyi Zəhranın (ə.s) həyatından, onun fəzilətlərindən və başına gətirilən müsibətlərdən söhbət edib. Şərəafətli ömrünün hamısı İslam yolunda keçən xanımın ruhuna dualar edilib salavat göndərilib. Daha sonra hər kəs ehsan süfrəsi arxasında dualarını davam etdirib. İcmanın sədri gələn ziyarətçilərə təşəkkür edib.

Onlara bu yolda sabit qədəm olmasını arzu edib. Sonda imam Zaman (ə.f) ağa başda olmaqla bütün Əhlibeyt sevərlərə baş sağlığı ərz edib. “Əyyami Fatimə” mməclislərini şəhadət gününə kimi davam ediləcəyi diqqətə çatdırılıb. Həmin məclisdən olan görüntüləri sizə təqdim edirik.
 
Hazırladı Xatun Etibarqızı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button