ArxivXəbər lentiXəbərlər

Netanyahu əlindəki dəmir parçası ilə İranı təhdid etdi və yenidən dünyanı özünə güldürdü – Foto

İsrailin baş naziri Binyamin Netanyahu İranın İsrailin səbrini sınaqdan keçirməməsini söyləyib.

 

“Truth NGO” xəbər verir ki, sionist rejiminin baş naziri Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransında çıxışı zamanı  İranın yəhudi dövlətini yox etməyi hədəflədiyini, terrorizmə dəstək verərək hakimiyyətini artırmaq istədiyini və İranın dünya üzərində böyük təhdid olduğunu iddia edib.

Daha sonra əlinə bir dəmir parçası götürərək onun – güya İsrailə məxsus hava sahəsində vurulan İrana aid pilotsuz uçuş aparatının bir parçasını olduğu iddia edərək deyib: “Keçən həftə ağlagəlməz bir şey oldu. İran öz PUA-larını İsrailə göndərdi. Biz onları məhv edə bildik. İran dronunun bu hissəsinə baxın. Mən onu bura gətirmək qərarına gəldim. Cənab Zərif, siz bunu tanıyırsınız? Bu sizindir. Bunu özünüzlə İrandakı tiranlara götürün və bizim səbrimizi sınamayın”.

Xatırladaq ki, bu Netanyahunun etdiyi ilk təlxəklik deyil. O, bir neçə il əvvəl də,  BMT-də çıxışı zamanı uşaq başı aldadırmış kimi, bobma şəkli çəkərək – güya İranın atom silahı hazırlamaq sahəsində təhlükəli həddə çatdığını dünyaya sübut etməyə çalışmış, amma Dünya ictimaiyyətinin gülüş hədəfinə çevrilmiş və sionist baş naziri sosial şəbəkələrdə ələ salınmışmdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button