ArxivXəbər lentiXəbərlər

“Muğan Bank” 6 milyonluq ziyanda

“Muğan Bank” 2017-ci ili 6 milyon 341 min manat xalis zərərlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu, 2016-cı illə müqayisədə 54,7% azdır. Belə ki, “Muğan Bank” 2016-cı ili 14 milyon manat zərər ilə bağlamışdı.

Ötən il “Muğan Bank”ın faiz gəlirləri 42 milyon 812 min manat, faiz xərcləri 16 milyon 193 min manat, qeyri-faiz gəlirləri 10 milyon 897 min manat, qeyri-faiz xərcləri 24 milyon 844 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 19 milyon 13 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Muğan Bank”ın aktivləri 480 milyon 177 min manat olub ki, bu da illik müqayisədə 2% çoxdur. Bunun 349 milyon 71 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 0,9% böyüyüb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button