ArxivIslamXəbər lentiXəbərlər

Ramin İgidov: “Gürcüstanda dinin tədrisi ədalətli olmalıdır”

“Gürcüstanda orta məktəblərdə dinin tədrisində obyektivlik qorunmalıdır”.

Bunu APA-nın yerli bürosuna Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov deyib. O bildirib ki, dinin tədrisi ədalətli olmalıdır: “Tədris zamanı dinlərlə bağlı veriləcək məlumatlar ölkədə tolerantlığın möhkəmləndirilməsinə və dinlərarası mehriban dostluq münasibətlərini təbliğ etməlidir”.

GMİ sədrinin sözlərinə görə, Gürcüstanda bəzi tarix dərsliklərində İslam dini haqqında yanlış məlumatlar yer alıb: “Dərs vəsaitlərinin hazırlanmasına xüsusi diqqətlə yanaşılmalı və dinə zidd məqamlar yer almamalıdır. Dərsliklərin hazırlanmasında müsəlman icmasının mütəxəssislərinin yaxından iştirakı təmin olunmalıdır. Təhsil və Elm Nazirliyi dərsliklərdə yanlışlıqların olduğunu qəbul edib və aradan qaldırılacağına söz verib”.

Qeyd edək ki, Gürcüstanın orta məktəblərində dinin tədrisi bərpa olunacaq. Bununla bağlı aidiyyəti dövlət qurumlarının və ölkədəki bütün dini icmaların nümayəndələrinin iştirakı ilə müzakirələrə başlanılıb. Müzakirələrdə dinin tədrisinin formatı, ayrıca dərsliyin hazırlanması və digər məsələlər nəzərdən keçirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button