ArxivXəbər lentiXəbərlər

“İsraili təhdid edən ən böyük təhlükə – İrandır!”

Sionist rejiminin sabiq hərbi naziri, İsrail və bölgəni təhdid edən təhlükələr barəsində danışıb.

Qafqaz.ir- “The Jerusalem Post” qəzetinə açıqlama verən Moşe Yə`əlun, sözlərinin əvvəlində İrandan söz açaraq, bu ölkənin İsrail əleyhinə ən böyük təhlükə olduğunu deyərək bildirib: “İran, Orta Şərqdə olan ən təhlükəli ünsürdür. Bu ölkə “Hizbullah” və “Ənsarullah” kimi dolayı qüvvələrindən istifadə edir. Bu məsələdən asanlıqla ötmək olmaz. Bu yalnız İsrail üçün deyil, bütün bölgə üçün təhlükədir.”

Moşe Yə`əlun Sözlərinin davamında İŞİD-i, Qərbi Asiya üçün ikinci təhdid hesab etdiyini bildirib: “Xilafət qurmaq niyyətində olan İŞİD bizi təhdid edən ikinci təhlükədir. Üçüncü təhdid isə, Misirin “İxvanul-muslimin” təşkilatıdır. Bu ən böhranlı təhdiddir.”

Qərbi Asiya barədə də fikirlərini açıqlayan Yə`əlun bildirib: “Orta Şərqdə ən sabit ünsür sabitsizlikdir. Fikrimə görə bölgə, 17-ci əsirdən bugünədək ən böhranlı zamanını yaşayır. Bu böhran, ərəb baharı ya islam qışı deyil. Bunda dah geniş şəkildə baxmaq lazımdır.”

Qeyd edək ki, Moşe Yə`əlun “Likud” Partiyasının üzvlərindədir və bundan əvvəl İsrailin hərbi naziri olub. O, hazırda təhqiqatçı ekspert kimi, İsrail universitetlərindən birində fəaliyyət göstərir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button