وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا ۖ فَاسْتَبِقُوا الْخَيْرَاتِ ۚ أَيْنَ مَا تَكُونُوا يَأْتِ بِكُمُ اللَّهُ جَمِيعًا ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
Hər kəsin (hər ümmətin) üz tutduğu bir qibləsi vardır. (Ey müsəlmanlar!) Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi (qiyamətdə) bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!(soreye bagare ayeye(148))
Başqalarının problemini həll etmək üçün çox təlaş edirdi. Dedim:
– Maşallah, nə qədər zəhmət çəkirsən, özünü yordun.
Dedi: – Eh, elə də böyük bir iş görmürəm. Hələ onun hamısını Allah qəbul etsə də yenə borcluyuq.
Heyrətlə soruşdum: – Necə?
Dedi: – İmam Hüseynin (ə) bir hədisini oxudum ki, buyurur:
“Ey camaat! Yaxşı işlər etməkdə bir-birinizlə yarışın. Xeyir işi yerinə yetirməkdə tələsməsəniz, onu hesab etməyin.”