ArxivXəbər lentiXəbərlər

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısı keçiriləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısı keçiriləcək.

Bu gün İran Prezidenti Həsən Ruhani ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Söhbət əsnasında hər iki prezident ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini tənqid ediblər. Qeyd olunub ki, Qüdsün İsrailin paytaxtı elan edilməsi ideyası onsuzda qeyri-sabit olan Yaxın Şərqdəki vəziyyəti daha da kəskinləşdirəcək.

Türkiyə Prezidenti iranlı həmkarına dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısını çağırdığını bildirib və H.Ruhanini toplantıya dəvət edib.

Xatırladaq ki, hazırda Türkiyə İslam Əməkdaşlıq Təşkilatına sədrlik edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button