ArxivXəbər lentiXəbərlər

“Mən mikrofonu ona görə yerə atdım ki, o mənim həqiqətlərimə vasitəçi ola bilməyəcəkdi”

qafqaz.ir Rakurs.tv-nin verdiyi məlumata əsasən, dekabrın 6-da Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə “heykəl məhbusu” Qiyas İbrahimovun və atası Həsən İbrahimovun CM-nin 289.2 –ci maddəsi (məhkəməyə hörmətsizlik etmə – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəmədə Q. İbrahimovun özü, atası Həsən İbrahimov və onların hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov, dövlət ittihamçısı Vüsal Abdullayev də iştirak ediblər.

Hakim H.Səfərov şahidlərdən Bakı Apellyasiya Məhkəməsinin hakimləri – Əflatun Qasımov, Əmir Bayramov, Vüqar Məmmədovun 5 dekabr tarixində məhkəməyə teleqramla müraciət edərək, üzrlü səbəbdən prosesdə iştirak edə bilməyəcəklərini bildirib. Vəkil Elçin Sadıqov Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edilərək hakimlərin şahid qismində iştiraklarının təmin edilməsini məhkəmədən xahiş edib. Hakim H.Səfərov isə onların yazılı ifadələrinin elanı ilə kifayətlənə bilinəcəyini bildirib. Daha sonra hakimlərin yazılı ifadələri élan edilib. Vəkil E. Sadıqov ifadələrdə ziddiyətli məqamların olduğunu hakimə deyib.
Məhkəmə Həsən İbrahimovun ifadəsi ilə davam edib. Daha sonra o dövlət ittihamçısının suallarını cavablandırıb.
Qiyas İbrahimov ifadəsində burada danışdıqlarının bir əhəmiyyət daşımadığını bildirib:
“Bir azdan nümayiş etdirəcəyiniz videonun əhəmiyəti yoxdur, çünki ən böyük şahidim özüməm. Əgər bir hüquq pozuntusu varsa, hakim mənim hüququmu pozub. Mən qəsdən o mikrofonu yerə atdım ki, o mənim həqiqətlərimə vasitəçi ola bilməyəcəkdi. Hakimlərin ünvanına səsləndirdiklərimi təhqir hesab edirsiniz, amma mən özüm elə il yarımdır təhqir oluna oluna gəlirəm”.
Q. İbrahimovun ifadəsindən sonra məlum gün məhkəmə zalında baş verən hadisənin diski izlənilib, daha sonra şüşə qəfəsdə olmuş mikrofona baxış keçirilib. Qiyas İbrahimov mikrofonun həmin mikrofonun sözügedən mikrofon olmadığını məhkəməyə bildirib. Növbəti məhkəmə prosesi 12 dekabr saat 14:10-a qədər təxirə salınıb.

Qeyd edək ki, 5 iyun 2017-ci il tarixdə apellyasiya məhkəməsində şüşə qəfəsdə olan Qiyas İbrahimov prokuror çıxış edərkən dəfələrlə sədrlik edən hakim Vüqar Məmmədova əlləri ilə eşidə bilmədiyini işarə edir. Hakim ona məhəl qoymadıqda gənc fəal şüşə qəfəsdəki mikrofonu çıxararaq yerə atıb və sərt şəkildə etiraz edib. Bu zaman məhkəmə nəzarətçiləri şüşə qəfəsdə İbrahimovun qollarını arxadan qandallayıb. Onun əlində sıyrıntı yaranır və oturduğu skamyada qan izləri görünüb. Bu zaman gənc fəalın atası Həsən İbrahimov hakimlərə etiraz edərək “allahınız olsun” deyib. Hadisədən sonra yaranmış insidentlə bağlı Həsən İbrahimova qarşı cinayət işi qaldırılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button