ArxivIslamNardaranXəbər lentiXəbərlər

“Nardaran işi 3” : təqsirləndirilən şəxsin vəziyyəti pisləşdi, “təcili yardım” çağırıldı

Dekabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Nardaran işi-3” üzrə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

qafqaz.ir rakurs.az-a istinad xebere gore.Proses təqsirləndirilən şəxslərdən son iki nəfər – Mehman Məmmədov və Faiq Allahverdiyevin söz çıxışları ilə davam edib. Hər ikisi onlara qarşı irəli sürülmüş ittihamlarda özünü təqsirli bilmədiklərini, əsassız olduğunu məhkəməyə bildirərək, ədalətli qərar çıxarılacağına ümid etdiklərini ifadə ediblər. Hakim Z.Ağayev 7 dekabr saat 10:00-da hökm oxunacağını elan edib.
Qeyd edək ki, məhkəmə zamanı təqsirləndirilənlərdən Mübariz İbrahimovun səhhəti pisləşdiyindən “təcili yardım” çağırılıb. Vəkil Şəhla Hümbətova bu gün məhkəmə zamanı onun sifətində, başında, qolları və çiyinlərində çox pis şəkildə iri səpkilərin yaranması nəticəsində İbrahimovun ağrılarının yarandığını bildirdi:
“Mübariz İbrahimovun ağrıları o dərəcədə idi ki, hətta “konvoy”lar məhkəməyə “təcili yardım” çağırdılar. “Təcili yardım” gəldi, ona iynə vurdular və allergiya simptonlarını götürmək üçün dərman yazdılar və bildirdilər ki, mütəxəssis mütləq müayinə edib müalicə yazmalıdır. İbrahimov özü deyir ki, Kürdəxanı təcridxanasında dəfələrlə müraciət edib həkimin özünə rəhbərliyə ki, allerqolik tərəfindən müayinə olunsun. Deyir dəfələrlə müraciət etməsinə baxmayaraq fikir verən yoxdur, hər dəfə həkim gəlib sadə bir –iki günlük kömək edən dərman verir, sonra isə eyni ağrılar və vəziyyət olur. Biz İbrahimovun səhhətinin nəzarətə götürülməsi və tədbir görülməsi barədə təcridxana rəhbərliyinə rəsmi müraciət edəcəyik”.

Xatırladaq ki, Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button