ArxivIslamNardaranXəbər lentiXəbərlər

Höccətül-islam Qaffaqzadə: Bura toplaşmışıq ki, Azərbaycan xalqının səsinə səs verək

Höccətül-islam vəl-müslimin Qaffaqzadə Azərbayacan Respublikasında şiəfobiya siyasətlərindən təəssüf hissi keçirdiyini bildirərək deyib ki, İran xalqının hamısı hərəm müdafiəçisidir və Vəliyyi-Fəqihin əmrlərinə itaət edir.

qafqaz.ir – İmam Həsən Əskərinin (ə) şəhadət gecəsi ilə eyni zamanda keçirilən Nardaran şəhidlərinin ikinci ildönümü mərasimində çıxış edən İmam Sadiq (ə) məscidinin imam camaatı höccətül-islam vəl-müslimin Qaffaqzadə qonaqları salamlayıb və İmam Həsən Əskərinin (ə) şəhadəti münasibətilə onlara başsağlığı verib.

Qaffarzadə çıxışının əvvəlində bildirib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hökumət islamçılara qarşı günbəgün siyasi repressiyanı və siyasi təzyiqi artırır.

Azərbaycan hökumətinin anti-din hərəkətlərindən təəssüf hissi keçirdiyini bildirən höccətül-islam Qaffarzadə deyib ki, bu ölkədə homoseksulların paradına icazə verilir, amma müsəlman qadınlar üçün hicab qadağan olunur.

Azərbaycanda İslamın köklərindən söz açan xətib bu müsəlman ölkəsində Amerika və sionist rejimin siyasətlərinin icra olunmasını tənqid edib, bunun islami əsaslarla uyğun olmadığını vurğulayıb.

Azərbaycanda bir sıra islamofobiya hərəkətlərin baş verdiyini, o cümlədən məscidlərin dağıdılması, təhsil mərkəzlərində hicabın qadağan olunması, camaat namazının təşkil edilməsinin yasaqlanamasından söz açan xətib 2015-ci ildə baş verən qanlı Nardaran hadisəsinə də toxunub. O deyib ki, Azərbaycanın polis və təhlükəsizlik qüvvələri zöhr namazından sonra hüseyniyyədə əzadarlıqla məşğul olan dindarlara hücum etmiş, onlardan 4 nəfərini şəhid etmiş və çoxlu dindarı, o cümlədən Müsəlman Birliyi Hərəkatının rəhbəri Hacı Tale Bağırovu həbs etmişdir.

Azərbaycan Respublikasında şiəfobiya hərəkətlərindən bərk narahat olduğunu deyən höccətül-islam vəl-müslimin Qaffarzadə deyib: “İran xalqının hamısı hərəm müdafiəçisidir və Vəliyyi-Fəqihin əmrinə itaət edir”.

İmam Sadiq (ə) məscidinin imam camaatı çıxışının sonunda İslam təlimlərinə bağlı olduqları üçün Azərbaycan xalqına minnətdarlıq edib və Təbriz əhalisinin daim onlara hərtərəfli dəstək olacağını bildirərək deyib: “Biz bura toplaşmışıq ki, Azərbaycan Respublikasının şiələrinin səsinə səs verək və səsimizi birləşdirək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button