ArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Xamenei: “İŞİD-in məhv edilməsi bütün bəşəriyyətə xidmətdir”

İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil, həm də Qərbi Asiya bölgəsində öz nüfuz dairəsini genişləndirmək və qəsbkar sionist rejimini bu bölgəyə dominant təyin etmək üçün bu terror qruplaşmasını yaradan, onlara hər cür dəstək olan Amerikanın sabiq və hazırkı dövlətlərinə və onların regiondakı əlaltısı olan rejimlərə böyük zərbə idi.

Bunu Ali dini Rəhbər Ayətullah Seyid Əli Xamenei İran İslam İnqilabı Keşikçilər Ordusunun “Qüds” briqadasının komandanı general Qasim Süleymani ona İraq və Suriyada İŞİD-in məhv edilməsini rəsmən bəyan edilməsinə dair ünvanladığı məktubun cavabında deyib.

Ayətullah Xamenei bu önəmli addımı atdıqlarına görə general Qasim Süleymaniyə və silahdaşlarına təşəkkürünü bildirib və deyib “Sizin bu addımınız bölgədə vətəndaş müharibəsi yaradılmasına, sionistlərə qarşı müqavimətin məhvi və dövlətlərin zəifləməsinə yönəlik bu çirkin siyasətə daha ağır zərbə vurdu. Sizin bu addımınız Qərbi Asiya bölgəsində öz nüfuz dairəsini genişləndirmək və qəsbkar sionist rejimini bu bölgəyə dominant təyin etmək üçün bu terror qruplaşmasını yaradan, onlara hər cür dəstək olan Amerikanın sabiq və hazırkı dövlətlərinə və onların regiondakı əlaltısı olan rejimlərə böyük zərbə idi”.

Ali Rəhbər məktubun davamında qeyd edib ki, “Siz bu ölümcül xərçəng kütləsini (İŞİD terror qruplaşmasını) dağıtmaqla təkcə region ölkələri və İslam dünyasına deyil, bütün xalqlar və bəşəriyyətə böyük xidmət göstərmisiziniz. Bu, İlahi yardımın və “ Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı (düşməni məğlub etdi).. “ (“Ənfal” surəsi, 17-ci ayə) ayəsinin misdaqıdır. Və bu sizin və sizin silahdaşlarınızın gecə-gündüz etdiyiniz cihadın mükafatıdır”.

Sonda Ayətullah Xamenei qeyd edib: “Təkidlə vurğulayıram ki, düşmənin hiyləsindən qəflətdə olmayın. Ağır investisiya yatıraraq bu çirkin planı hazırlayanlar sakit oturmayacaq. Onlar çalışacaq bu regionin digər bölgəsində başqa bir formada yenidən hərəkətə keçsin. Təşəbbüsün qorunması, həssaslıq, birliyin qorunması, təhlükəli tullantıların məhvi, mədəni işin aparılması, bəsirət və qısası – hərtərəfli hazırlıq lazımdır”.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilər Ordusunun “Qüds” briqadasının generalı Qasim Süleymani Ali Rəhbər Ayətullah Xameneiyə məktub yazraq, İraq və Suriyada İŞİD-in məhv edilməsini elan etdi və bu böyük qələbə münasibətilə Ayətullah Xameneiyə və İslam dünyasına təbrik dedi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button