ArxivIslamXəbər lentiXəbərlər

AİP sədri Mövsüm Səmədovun məhkəməsi dekabra kimi təxirə salındı

qafqaz.ir FaktXeber.com-in məlumatına görə, Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun Əli Seyfəliyevin sədrliyi ilə keçirilən məhkəməsi 6 dekabr səhər saat 10.00-a kimi təxirə salınıb. Səbəbi isə M.Səmədovun vəkili Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarlıdığı üçün onun müdafiəsi ilə məşğul ola bilməməsidir.

Qeyd ki, edək ki, Bakı şəhər Qaradağ Məhkəməsinin qərarı ilə 14 iyun 2017-ci ildə Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov barəsində 3 il müddətinə qapalı tipli həbsxana rejiminə keçirilib. Həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlamışdır.

Bundan sonra həmin qərardan kassasiya şikayəti verilib.

Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır. AİP lideri Beynəlxalq Təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.

0

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button