ArxivXəbər lentiXəbərlər

“İlahi, evinə gəlib, dua və istəklərimi təkrarlamağıma icazə verməyinlə Mənə necə də böyük minnət qoymusan”

“İlahi, evinə gəlib, dua və istəklərimi təkrarlamağıma icazə verməyinlə Mənə necə də böyük minnət qoymusan”

İmam Səccad (ə) Allahın sifətlərin və Ona sitayişi yada saldıqdan sonra, insana əta olunmuş tövfiqlər haqqında bildirir: “Allahım, Səninlə söhbət etməyimə və Səndən istəməyimə icazə verdin”.
Duanın bu cümləsində çox incə və adətən, xəbərsiz qaldığımız bir nöqtə var. Biz təsəvvür edirik ki, dua etməklə böyük bir iş görmüşük və Allaha minnət qoya bilərik. Lakin bu cümlədə İmam (ə) belə buyurur: “İlahi, evinə gəlib, dua və istəklərimi təkrarlamağıma icazə verməyinlə Mənə necə də böyük minnət qoymusan”. Ömür boyu günah yükümüz olduğu halda Allahın Onunla söhbətə icazə verməsinin necə böyük lütf olduğunu bəlkə də düşünmürük. İmam Səccad (ə) Allaha ərz edir: “İlahi, Sənin zikrinin dilimizə gəlməsi, Səni çağırmağa və Səninlə raz-niyaz etməyə icazə verməyin bizə olan ən böyük nemətlərdəndir.” (“Məfatihul-cinan”, “münacati-xəmsə əşərə”, 13-cü münacat.)
Bu incə nöqtənin aydınlaşması və zehnə çatması üçün (etiraf etmək lazımdır ki, mövzunu lazımınca çatdırmaq mümkün olmur) elə bir şəxs təsəvvür edin ki, uzun illər boyu dostuna məhəbbətini əsirgəməmiş və imkan daxilində ona kömək etmişdir; lakin dostu nəinki onun zəhmət və xidmətlərini dəyərləndirmir, hətta onunla düşmənlik etmək fikrinə düşür. Belə rəftara bir neçə dəfə dözmək mümkündür. Lakin sonda insanın səbri sona yetər və dostundan uzaqlaşar.
Bir belə hörmət qarşısında bu qədər cəsarət və ədəbsizlik?! Lakin Allahın öz bəndəsinə bu qədər nemət verməsinə baxmayaraq (əgər cin və insanlar yığışsa və istəsələr Allahın bir bəndəsinə verdiyi neməti saysınlar, bacarmazlar) bəndə onunla müxaliflik edir, Allah isə nəinki onu özündən kənarlaşdırmır, hətta ona ibadət üçün tövfiq verir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button