ArxivXəbər lentiXəbərlər

Turkiyenin Bakidaki sabiq sefirinden Bakiya xeyanet

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Əhməd Ünal Çeviközün “Hürriyyət” qəzetində “Türkiyə-Ermənistan münasibətləri nə vaxt normallaşacaq?” adlı yazısı dərc olunub. Diplomat yazısında Türkiyənin uzun illərdir Ermənistanla diplomatik münasibətlər qura bilməməsindən və iki ölkə arasında quru sərhədinin bağlı qalmasından şikayətlənib. Buna əsas səbəblərdən biri kimi Dağlıq Qarabağ münaqişəsini göstərib və erməni tərəfini konfliktdə haqlı göstərməyə çalışıb.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən analitik Elçin Mirzəbəyli Ü.Çeviközün mövcud Türkiyə hakimiyyətinə müxalifətdə dayandığını bildirib:
“Ahməd Ünal Çeviközdən fərqli bir mövqe gözləmirdim. Onunla həm Bakıda, həm də Ankarada görüşmüşəm. Elə həmin dövrdən Ermənistanla sərhədlərin açılmasında və diplomatik əlaqələrin qurulmasında maraqlı olduğunu bilirdim.
Çeviköz Türkiyə Xarici İşlər nazirinin müavininin köməkçisi (2007-2010) olduğu dönəmdə Ermənistanla İsveçrədə aparılan danışıqların əsas fiqurantlarından biri olub və prosesdə əlaqələndirici funksiyasını yerinə yetirib.
Ünal Çeviközün öz karyerasına Cümhuriyyət Xalq Partiyasının İstanbul təşkilatı sədrinin müşaviri kimi son verməsini bu adamın “xidmətləri”nin cavabı kimi də qiymətləndirmək olar. Çeviköz 2015-ci ildə CHP-nin siyahısıyla parlament seçkilərində də iştirak edib. Yəni Əhməd Ünal Çeviköz Türkiyənin indiki hakimiyyətinə müxalifətdədir.
Çeviközün Türkiyə-Ermənistan protokolları ilə bağlı mövzuya yenidən qayıtmasının səbəblərindən biri də həyata keçirmək istədiyi və müəlliflərindən olduğu layihənin iflasa uğramasıdır”.
Qeyd edək ki, 2014-cü ildə də Çeviköz təxminən buna bənzər bir mövqe ilə çıxış etmişdi.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button