ArxivQadin və hicabXəbər lentiXəbərlər

Rektor universitetdə hicabı qadağan etdi

Rektor universitetdə hicabı qadağan etdi
Mingəçevir Dövlət Universitetinin rektoru məktəbdə hicab qadağası ilə bağlı “modern.az” saytına açıqlamasında deyib: “Biz hicabın əleyhinə deyilik. Özləri bilər. Amma dərsə daxil olanda hicabınızı açın və dərs bitəndən sonra hicabınızı taxın. Vəssalam. Bir də ki üzü saqqallı gənclərin dərsə gəlməsini qadağan etmişik. Burada qəbahətli heç nə yoxdur. Azərbaycanda din dövlətdən ayrıdır. Artıq tələbələr dərsə hicabsız gəlirlər. Heç bir problem yoxdur”.
Bu, Azərbaycan dövlətinin anti-islam hərəkətlərinin yalnız bir nümunəsidir. Dövlət bir tərəfdən dinin siyasətdən ayrı olduğunu elan edir, digər tərəfdəndə dini işlərə müdaxilə edir, Azərbaycanın müsəlman xalqının islami qayda-qanunlara riayət etməsinin qarşısını alır. Əgər din siyasətdən ayrıdırsa və Azərbaycan hökuməti ölkəsində dinlərin azadlığını istəyirsə, bəs nə üçün daima İslam və müsəlmanlarla mübarizə aparır, öz dini vəzifələrinə əməl etdikləri üçün ölkənin şiə dini rəhbərlərini həbs edir?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button