AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: “Əhli-beyt (ə) məktəbinin güclənməsində Səfəvilərin rolu” beynəlxalq konfransda Azərbaycan və Türkiyə nəzəriyyəçilərinin iştirakı zəruridir

Ərdəbilin imam cüməsi “Əhli-beyt (ə) məktəbinin güclənməsində Səfəvilərin rolu” beynəlxalq konfranını Səfəvilərin xidmətlərini açıqlamaq üçün yaxşı fürsət adlandırıb, Azərbaycan Respublikası və Türkiyə ölkələrinin nəzəriyyəçilərinin konfransda iştirak etməsini istəyib.
Qafqaz Mədəniyyət Mərkəzi – Ayətullah Amili Ərdəbil Əyalətinin Ümumi Mədəniyyət Şurasının iclasında “Əhli-beyt (ə) məktəbinin güclənməsində Səfəvilərin rolu və iranlı kimliyin bərpası” beynəlxalq konfransı ilə bağlı açıqlamasında deyib: “Səfəvilər sülaləsinin xidmətləri çox dəyərli, müdafiəyə layiqdir. Onların etdikləri işləri açıqlamaq lazımdır”.
Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi Səfəvilərə qarşı edilən böyük hücumlara toxunaraq deyib: “Səfəvilərin İranın boynunda böyük haqqı vardır. İran özünün iftixarlı tarix və keçmişini gündəmdə saxlamalıdır”.
Ayətullah Amili vurğulayıb: “Şah İsmayıl Səfəvi gənclərimiz üçün münasib örnəkdir. O, gənc çağlarında öz yüksək təfəkkürü ilə İranı bir bayraq altında birləşdirdi və Əhli-beyt (ə) məktəbini çox yaxşı qorudu.
Bu əzəmətli sivilizasiyanı və dəyərli irsi layiqincə göstərməyə təlaş etməliyik”.
Ərdəbil əyalətinin ümumi mədəniyyət şurasının sədri Səfəvilər barədə təhqiqat mərkəzinin yaradılmasını müsbət və əyalət üçün konstruktiv adlandırıb, Mədəniyyət İnqilabı Ali Şurasının İran və İslam Mədəniyyəti Komitəsinə öz minnətdarlığını bildirib.
Ayətullah Amili sözügedən konfransda Azərbaycan Respublikası və Türkiyə nəzəriyyəçilərindən də faydalanmağın lüzumuna toxunaraq deyib: “İran, Azərbaycan və Türkiyə ölkələrinin mütəfəkkir və tədqiqatçıları da Səfəvilər sahəsində təhqiqatlara ciddi daxil olmalıdır”.
Ərdəbil əyaləti əhalisinin Ekspertlər Məclisində nümayəndəsi səadət və kamal yolunun Əhli-beytə (ə) məhəbbətdən keçdiyini xatırladaraq deyib: “Səfəvilər din və məzhəblər arasında dialoqun əsasını qoyublar. Konfransın məqsədi də məzhəbçilik deyil, Səfəvilərin bütün dünya üçün təsvir etdiyi dəyərlərə diqqət olunmasıdır. Səfəvilərin ən böyük töhfəsi dünya üçün sülh və dostluq dialoqu olmuşdur”.
İmam cümə konfransın təşkili istiqamətində göstərilən səylərə görə təşəkkür edərək deyib: “Konfransın yaxşı şəkildə baş tutması üçün əyalətin icra aparatlarının əməkdaşlıq etməsi çox önəmli və zəruridir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button