ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Böyük Britaniyada hicab məktəbli formasının bir hissəsi olacaq

Böyük Britaniyada ilk dəfə müsəlman qızların hicabla məktəbə gəlməsi üçün rəsmi məktəb forması hazırlanacaq.
Maide.Az xəbər verir ki, İngiltərənin şimal-qərbində Lankaşir qraflığında yerləşən ser Con Sersbi adına məktəb hicabı rəsmi məktəb forması kimi qəbul edib.
Məktəb rəhbərliyi müsəlman şagirdlərin dərslərə “narahat yaylıqlarla” gəldiyinə diqqət edib. Lakin onların fikrincə, bu cür geyim tərzi çox zaman məktəb forması ilə uyğun gəlmir. Buna görə də xüsusi hicabların hazırlanması haqda qərar qəbul edilib.
Hazırda məktəb administrasiyası şagirdlər və onların valideynləri ilə aktiv şəkildə müzakirələr aparır ki, hamının fikir və istəkləri nəzərə alınsın.
Qeyd edək ki, Böyük Britaniyada hər məktəb üçün vahid geyim forması olsa da, hicab və başqa dini atributlardan istifadəyə məhdudiyyət təbiq edilmir. (islam.ru)/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button