AktualAktualArxivXəbər lentiXəbərlər

7000 azərbaycanlı turist Biləsuvar sərhəd-keçid məntəqəsindən İrana daxil olub

Biləsuvar şəhərinin fərmandarı deyib: “İsfənd ayının 25-dən fərvərdinin 3-nə kimi (martın 15-dən 23-dək) 7 min nəfər azərbaycanlı turist Biləsuvar gömrük keçid məntəqəsindən İrana daxil olmuşdur.”
Qafqaz Mədəniyyət Mərkəzi – Aram Həlim jurnalistlərə verdiyi müsahibəsində deyib: “İsfənd ayının 25-dən fərvərdinin 3-nə kimi (martın 15-dən 23-dək) 7469 nəfər Azərbaycan vətəndaşı Biləsuvar gömrük keçid məntəqəsindən İrana daxil olmuşdur. Hazırlanmış proqramlar əsasında azərbaycanlı turistlərə Biləsuvar sərhəd-keçid məntəqəsində çox yaxşı xidmət göstərilmişdir”.
Daxili və xarici turistlərin giriş-çıxışı üçün lazım olan tədbirlərin görüldüyündən söz açan fərmandar deyib: “Bizim əsas məqsədimiz daxili və Azərbaycandan gələn turistlərin razılığını qazanmaqdır. Bu məqsədlə də Biləsuvar gömrük məntəqəsisinin iş saatı tətil günlərində üç saat artırılmışdır”.
A. Həlimi bu günlər ərzində ümumilikdə 33 min 579 nəfərin Biləsuvar sərhəd-keçid məntəqəsindən keçid etdiyini diqqətə çatdıraraq bildirib: “Daxili və xarici turistlər arasında aparılan sorğulara görə turistlər keçid məntəqəsində göstərilən xidmətdən, gediş-gəlişin asanlaşmasından bir növ razı qalıblar”.
Fərmandar vurğulayıb: “Biləsuvar sərhəd-keçid məntəqəsindən Azərbaycan Respublikasına səfər edən iranlı turistlərin də sayı ötən illərə nisbətən diqqəti çəkən səviyyədə artmışdır. Verilən statistikaya görə 15 martdan 23 marta kimi 16 min iranlı turist Biləsuvar sərhəd-keçid məntəqəsindən Azərbaycan Respublikasına səfər etmişdir”.
O, həmçinin bildirib: “Novruz bayramı üçün nəzərdə tutulmuş xüsusi iş rejimi başlayandan indiyə kimi 831 taksi və 41 avtobus iranlı turistlərin Azərbaycana daşınması üçün fəaliyyət göstərmişdir. Həmçinin, azərbaycanlı turistlərin Biləsuvar keçid məntəqəsindən İranın daxilinə daşınması üçün də xüsusi tədbirlər çərçivəsində nəqliyyat vasitələri fəaliyyət göstərmişdir. Bu sahədə heç bir problem yoxdur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button