AktualArxivXəbər lentiXəbərlər

Qonşu ölkədə 57 terrorçu zərərsizləşdirildi

Türkiyədə 311 anti-terror əməliyyatı keçirilib.

İslamazeri.az-ın türk mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə Daxili İşlər Nazirliyi xəbər verib ki, ölkədə son həftə ərzində keçirilmiş anti-terror əməliyyatı zamanı 57 terrorçu zərərsizləşdirilib, onlardan 46-sı məhv edilib.

20-27 mart tarixlərində Türkiyədə 311 anti-terror əməliyyatı keçirilib: terrorçulara yardım etməkdə şübhəli bilinən 551 nəfər, İŞİD terror təşkilatı ilə əlaqəyə görə isə 42 nəfər saxlanılıb.

FETÖ və PTY ilə mübarizə çərçivəsində isə 1210 nəfər tutulub. Solçu cərəyan terror təşkilatları ilə əlaqəyə görə 11 nəfər tutulub.

Tunceli, Batman, Diyarbəkir, Birlis, Mardin, Şırnak, Bingöl əyalətlərində terrorçulara məxsus 57 sığınacaq məhv edilib. Həmçinin 29 kustar üsulla hazırlanmış partlayıcı qurğu məhv edilib, 7 kq plastit, 4 ton digər növ partlayıcı, 24 əl qumbarası və 52 ədəd atıcı silah müsadirə edilib.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button