ArxivIslamXəbər lentiXəbərlər

Mənuçöhr Mottəki: Azərbaycan multikulturalizmin İslamdan irəli gəldiyini göstərməyə çalışır

“İslam həmrəyliyi – zamanın çağırışı” konfransını təşkil etməklə Azərbaycan multikulturalizmin İslamdan irəli gəldiyini göstərməyə çalışır.

Bunu AZƏRTAC-a müsahibəsində İran İslam Respublikasının keçmiş xarici işlər naziri , “İslam həmrəyliyi – zamanın çağırışı” mövzusunda Bakıda keçirilən Beynəlxalq konfransın iştirakçısı Mənuçöhr Mottəki söyləyib.

Birgə yaşayışın İslam mədəniyyətinin mühüm parçası olduğunu vurğulayan M.Mottəki deyib: “İslam fərqli görüşlərə, mədəniyyətlərə hörmət deməkdir. Fərqli mədəniyyət fərqli zənginliklərə malikdir. “Qurani Kərim”də bildirilir ki, ən yaxşı yanaşma bütün fikirləri, baxışları dinləyib ən yaxşı olanını seçməkdir. İslam həmrəyliyi İslam ümmətini sülh içində, inkişaf, təhlükəsizlik üçün yaşamağa dəvət etməkdir. İnkişaf, təhlükəsizlik, sülh İslam cəmiyyətinin ən böyük özəlliyidir. Mən Azərbaycanın bu cür konfransların keçirilməsini dəstəklədiyi üçün çox sevinirəm. Multikulturalizm İslamın insanlığa aid olan şüarıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button