ArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

Mürtəza Mütəhhəri kimdir?

Mürtəza Mütəhhəri kimdir?
Mürtəza Mütəhhəri (31 yanvar 1919, Fəriman, İran) – İranlı İslam ilahiyyatçısı, fəqih, kəlamçı, filosof, ayətullah, siyasətçi.

İslam fəlsəfəsinin inkişafında müstəsna rolu olan filosof. İran İslam İnqilabının əsas ideoloqlarından biri.

Həyatı
Uşaqlıq və gənclik dövrü

Mürtəza Mütəhhəri 1919-cu il fevralın 2-də İranın Xorasan vilayətinin Fəriman kəndində ruhani ailəsində dünyaya gəlib. Onun atası şeyx Məhəmməd Hüseyn dövrünün ruhanisi olub.[2] Mürtəza Mütəhhəri doğulduğu qəsəbədə ilkin təhsilini alsa da, 1931-ci ildə, 12 yaşında Məşhəd şəhərinə gələrək mədrəsə təhsili almağa başlayır. Məşhəddə təhsil aldıqdan sonra 1937-ci ildə İslam elmi hövzəsi olan Qum şəhərinə yollanır. M. Mütəhhəri Qumda 15 il İslam elmlərini öyrənir. Bu müddətdə o, Ayətullah Təbatəbai, Burucerdi, Ruhullah Xomeyni, Əllamə Təbatəbai Təbrizi, Seyid Muhəmməd Hüccət, Seyyid Sədrəddin Sədr, Seyyid Muhəmmədtəqi Hənsari kimi alimlərdən dərs alır. Onun təhsil aldığı elmlərin siyahısı isə çox zəngin idi. Ayətullah Xomeynidən fiqh və üsul, Burucerdidən Molla Sədra fəlsəfəsini, əxlaq, üsul və ilahiyyat, ibn Sina təbabətini və digər mühüm İslam elmlərini isə Məhəmmədhüseyn Təbatəbaidən öyrəndi. Bundan başqa, dövrün böyük irfan ustadı Ayətullah Mirzə Əli Şirazidən irfan dərslərini aldı. M.Mütəhhəri Qumda təhsillə yanaşı, ictimai işlərdə də fəallıq göstərir, şah Məhəmməd Rza Pəhləvinin əleyhinə fəaliyyət göstərən təşkilatla əməkdaşlıq edirdi.

1952-ci ildə ustad Mürtəza Mütəhhəri təhsilini başa vuraraq Tehrana gəlir. Bu zaman o, artıq dövrünün savadlı ruhanilərindən biri idi. Tehranda olduğu müddətdə M.Mütəhhəri həm elmi tədqiqatla məşğul olur, fəlsəfi, elmi mövzuda əsərlər yazır, həm də müsəlmanlar qarşısında müxtəlif dini, elmi mövzularda çıxışlar edirdi. Həmin dövrdə müəllimi Məhəmməd Hüseyn Təbatəbainin qələmə aldığı “Fəlsəfə prinsipləri və realizm metodu” kitabına giriş yazır və 5 cilddə şərh edir. O bu işi 1953-cü ildə sona çatdırır.

1955-ci ildən başlayaraq “Tələbə İslam Cəmiyyəti”ndə təfsir dərsləri verir, daha sonra isə Tehran Universitetinin İlahiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlayır. 1959-cu ildə isə Mütəhhəri “Müsəlman Təbiblər Cəmiyyəti”nə spiker kimi dəvət olunur. Orada o günə kimi müzakirə olunmayan “İslam və zamanın ehtiyacları”, “Teizm” mövzusu kimi bir çox elmi əhəmiyyətli çıxışlar edir. Qumda Ayətullah Xomeynidən dərs alan Mürtəza Mütəhhəri ondan həm də inqilab ideyalarını öyrənmişdi. Hələ gəncliyindən ictimai-siyasi proseslərə fəal şəkildə qatılan Xomeyninin bu tələbəsi 1962-ci ildən sonra inqilabi proseslərə qoşulur. “15 xordad” (xordad İranda ay adıdır, xordadın 15-də şah hökumətinə qarşı İranda ciddi etiraz aksiyası keçirilir) hadisələrinin əsas təşkilatçısı olur. Eyni zamanda Tehranda müsəlmanlar qarşısında etdiyi çıxışlarda şah hakimiyyətini sərt şəkildə tənqid edir, insanlar arasında İslam inqilabı ideyalarını yayırdı. Məhz sərt çıxışlarına görə 1963-cü ildə həbs olunur. Ancaq az sonra azad edilərək yenidən inqilabi fəaliyyətini davam etdirir.

İctimai-siyasi fəaliyyəti

Bu dövrdə İranda həm də islam inqilabının nəzəri əsasları hazırlanırdı. Əgər İmam Xomeyni Nəcəfdə xaric dərslərində ruhanilərə siyasi İslam hakimiyyətinin nəzəri əsaslarını işləyib hazırlayır və tədris edirdisə, Mürtəza Mütəhhəri Tehranda sadə xalq kütlələri arasında İslam inqilabının ideya və dəyərlərini açıqlayır, cəmiyyəti yeni dövrə hazırlayır, inqilabı xalqın daxilində yaradırdı. Bu həm də dövrün sərt qanunlarına qarşı ideoloji savaş idi. Mütəhhəri bu savaşdan qalibiyyətlə ayrıldı. 1967-ci ildə onun rəhbərliyi ilə Tehranda “İrşad Hüseyniyyəsi” yaradıldı. Bu mərkəz İslam inqilabının ideya bazası oldu.

1967-ci ildə o dövrün elmi müzakirə mərkəzi sayılan “İrşad” İslam Mədəniyyət Mərkəzi təsis edilərkən Mütəhhəri oranın əsas üzvlərindən biri olur. “İrşad”da Mütəhhəri ilə yanaşı, Dr. Əli Şəriəti kimi dövrün digər ziyalıları da çıxış etməyə başlayır.

Bir neçə il sonra “İrşad” İslam Mədəniyyət Mərkəzindən ayrılsa da, fəaliyyətini, çıxışlarını müxtəlif yerlərdə davam etdirir. Elmi-ictimai fəaliyyəti ilə yanaşı, dövrün problemlərini ələ alan əsərlər üzərində də işləyir.

Ustad Mütəhhəri həm də İslami vəhdət ideyasının ən fəal təbliğatçılarından biri idi. Onun Fələstin və Qüdsün azad olunması mövzusundakı çıxışları bu gün də aktuallığını qoruyub saxlayır. Məhz İsrail əleyhinə sərt çıxışlarına görə şah hökuməti M.Mütəhhərini həbs etdirdi. Amma bütün bu təzyiq və təqiblər Mütəhhərini başladığı mübarizədən kənarlaşdıra bilmədi. Nəhayət şah hökuməti ən sonuncu vasitəyə əl atdı: Mütəhhərinin insanlar qarşısında çıxış etməsi yasaqlandı. Bundan sonrakı dövrdə o, kütlə qarşısında çıxış edə bilmirdi.

1976-cı ildə Mütəhhəri İraqa gedərək burada sürgün həyatı yaşayan İmam Xomeyni ilə görüşür. Bu həm də inqilabın yeni dönəminin başlanğıcı idi. Bu tarixdən ömrünün sonuna qədər Mürtəza Mütəhhəri İslam inqilabının əsas təşkilatçılarından biri olur. Tehranda şahın devrilməsi ilə sonlanan böyük xalq üsyanının, İmam Xomeyninin İrana qayıtması hadisəsinin əsas təşkilatçılarından biri Mütəhhəri idi.

1979-cu il mayın 1-i, axşam saat 22:20 radələrində Tehran şəhərində «İrşad Hüseyniyyəsi»nin qarşısında Xalqın Mücahidləri təşkilatının üzvləri tərəfindən öldürülmüşdür.

Əsərləri

Mürtəza Mütəhhərinin vəfatından sonra alimin çıxışları onun varisləri tərəfindən (“Sədra” Nəşriyyatı) kağız üzərinə köçürülərək kitab formasına salınmağa başlandı. 30 ildən artıq aparılan işlər nəticəsində alimin kitabları ərsəyə gəldi. Hazırda bu işlər yekunlaşmaq üzrədir. Çıxışlardan hazırlanan və alimin öz sağlığında yazdığı kitabların məcmusu təxminən 60 adda kitabın meydana çıxmasına səbəb oldu. Bu kitabların bəzisi 2-14 arasında dəyişən cildlərdən ibarətdir ki, bunlar da nəzərə alınsa, alimin külliyyatı 100 cildi keçir.

Bu kitabların əksər hissəsi şifahi nitqin məhsulu olduğuna, həmçinin keyfiyyətsiz lent yazılarından köçürülməsinə görə əsərlərdə səthi pərakəndəlik nəzərə çarpır.

Mütəhhəri sağlığında yaşadığı ölkədə, onu dinləyə bilənlər tərəfindən, həmçinin azsaylı çap olunmuş əsərlərinin oxucuları tərəfindən tanınırdısa, ölümündən sonra çıxışlarının kitab halına salınması və bu kitabların müxtəlif dünya dillərinə tərcümə olunması nəticəsində artıq müsəlman dünyasında tanınmağa başladı.

Tovhid (Teizm)
Adl -e- Elahi (İlahi ədalət)
Nubuvva (Nübuvvət)
Mə’ad (Məad)
Həmase -e- Huseyni (Hüseynin qəhrəmanlığı)
Seiry dər nəhc əl-bəlağə (Nəhcül-bəlağəyə bir baxış)
Seiry dər sirey’e a’emeye at-har (A Journey through the Conduct of the Purified Imams)
Seiry dər sirey’e nabavi (A Journey through the Prophetic Conduct)
Insan -e- Kamel (Kamil insan)
Payambar -e- Ommi (Təhsilsiz peyğəmbər)
Osool -e Fəlsəfə və rəveş -e- Realism (The Principles of Philosophy and the Method of Realism)
Şərh -e- Mənzume (An exegesis on Mulla Hadi Sabzavari’s versified summary of Mulla Sadra’s Transcendent theosophy)
İmamat va rahbari (İmamət və rəhbərlik)
Dah Qoftar (A collection of 10 essays by Motahhari)
Bist Qoftar (A collection of 20 essays by Motahhari)
Panzdah Qoftar (A collection of 15 essays by Motahhari)
Azadi -e- Ma’navi (Mənəvi azadlıq)
Aşneya’ei ba Quran (Quranla tanışlıq)
Ayande -e- Enğlab -e- Islami (İslam inqilabı haqqında)
Ehyaye Tafakor -e- Islami (Revival of Islamic Thinking)
Əxlaq -e- Censi (Cinsi əxlaq)
İslam və niazha -ye- cahan (İslam və zamanın ehtiyacları)
Emdadhaye ğeibi dar zendegi -e- bəşər (Hidden Aids in Human Life)
Ensan və sarneveşt (Man and Destiny)
Panc mağale (Beş məqalə)
Ta’lim və tərbiyət dər İslam (İslamda təlim-tərbiyə)
Cazebe və dəfe’eye Ali (Ali’s Attraction and Repulsion)
Cehad (Cihad)
Həcc
Hekmat-ha və andarz-ha (Wisdoms and Warnings)
Xatemiyat (The Doctrine of the Seal of Prophethood by Muhammad)
Xətm -e- Nobovvat (Nübuvvətin sonu)
Xadamat-e moteqabel-e Eslam və İran (Islam and Iran: A Historical Study of Mutual Services)
Dastan -e- Rastan (Doğruların dastanı)
Dərşaye Əsfar
Şeş mağale (Altı məqalə)
Erfan -e- Hafez
Elale qerayeş be madiqari
Fetrat
Fəlsəfe -ye- Əxlaq (Əxlaq fəlsəfəsi)
Fəlsəfe -ye- Tarix (Tarix fəlsəfəsi)
Ğiam va enğelab -e- Məhdi (Mehdinin qiyam və inqilabı)
Koliyat -e- olume İslami (İslam elmlərilə tanışlıq)
Qoft o quye çahar canebe
Məsələye Hecab (Hicab məsələsi)
Məsələye Reba
Məsələye Şenaxt
Mağalate fəlsəfi (A selection of Philosophical articles written by Motahari)
Moğadameyi bər cahanbiniye İslami (Consists of 6 different books written about this subject)
Nabard -e- haq və batel (Haqq-Batil savaşı)
Nezam -e- hoqoqe zən dər İslam (İslamda qadın hüququ)
Nazari bər nezame eqtesadiye İslam (İslam iqtisadiyyatı sisteminə bir baxış)
Nağdi bər Marksism (Marksizmə bir tənqid)
Nehzat-haye İslami dər 100 sale axir (Son yüz ilin İslam hərəkatlarının xülasə təhlili)
Vela’ha va velayat-ha
Azadegi
Ayineye Cam (Interpretation of poetry of Hafez)

Azərbaycan dilində

Mürtəza Mütəhhərinin Azərbaycan dilinə tərcümə olunaraq nəşr olunmuş əsərləri:

Hicab
İmam Hüseynin (ə) qəhrəmanlığı
Kamil insan
Peyğəmbərin (s) davranışlarına bir baxış
İslam dunyagörüşü Əbədi həyat
İslam dunyagörüşü İnsan və iman
İnsanı tanımaq
İslam dünyagörüşü – İnsan Quranda
İlahi Ədalət
İslam dünyagörüşü – Əbədi həyat
Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan)
İslam dünyagörüşü – Cəmiyyət və tarix
Nübüvvət
Doğruların dastanı
Həyatın hədəfi
Teizm seminarları
İslam elmləri ilə tanışlıq
İslam və zamanın ehtiyacları
İslamda qadın haqları
Haqq-batil savaşı
Materializmə yönəlmənin səbəbləri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button